Əlixan Musayev:
Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü?
Bünyadov-Məmmədəliyev:
Firon öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?!
Elmir Quliyev
:
Фараон воззвал к своему народу и сказал: "О мой народ! Разве не мне принадлежит власть над Египтом и эти реки, что текут подо мною? Разве вы не видите?
Ələddin Sultanov:
Firon öz qövmünə səslənərək belə dedi: “Ey qövmüm! Misirin hökmranlığı və ayaqlarımın altından axan bu çaylar mənim deyilmi? Məgər (mənim əzəmətimi) görmürsünüzmü?!
Kerbelayi Malik ağa:
Firon qövmünə səsləndi: ‘Ey qövmüm, bütün Misirin mülkü və altımdan axan bu çaylar mənim deyilmi? Hələ görmürsünüzmü?’ dedi.
Ələsgər Musayev:
Nida edərək Firaun öz qoumu
arasında dedi: «Ay qoumum! Ə, mənim üçün deylmi mülkü
Misirin və bu nəhrlər ki, caridir altımdan? Ə, görmürsünüzmü?
A.Mehdiyev və D.Cəfərli:
Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: «Ey mənim qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim altımdan (saraylarımın altından və mənim istəyimə tabe olaraq) axmırlar? Məgər görmürsünüz?!»
Kövsər Tağıyev:
Firon qövmünə səslənərək dedi ki: “Ey qövmüm! Misir mülkü və altımdan axıb gedən çaylar mənim deyilmi? Hələ də görmürsünüzmü?”
M.Qənioğlu və T.Bilaloğlu:
Firon öz tayfasına təkəbbürlə dedi: Ey camaatım, məgər Misrin mülkü, saraylarımın altından axan çaylar mənim deyilmi? Görmürsünüzmü?
Sabirə Dünyamalıyeva:
Və Firon qövmünə belə müraciət etdi: "Ey qövmüm! Misir səltənəti və altımdan axıb gedən bu çaylar mənim deyilmi? Hələ də görmürsünüzmü?