Əlixan Musayev:
Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!
Elmir Quliyev
:
О те, которые уверовали! Не считайте иудеев и христиан своими помощниками и друзьями, поскольку они помогают друг другу. Если же кто-либо из вас считает их своими помощниками и друзьями, то он сам является одним из них. Воистину, Аллах не ведет прямым путем несправедливых людей.
Ələddin Sultanov:
Ey iman gətirənlər, yəhudi və xristianlarla dostluq etməyin! Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər), yəhudi və xristianları dost tutmayın! Onlar bir-birinin dostlarıdır. Sizdən kim onlarla dostluq edərsə, artıq o, mütləq onlardandır. Şübhəsiz ki, Allah zalımlar qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Hidayət olanları və yardım
olunanları dost tutmayın! Onların bəziləri dostudur bəzilərinin.
Kim sizdən onları dost tutarsa və onda onlardandır o.
Həqiqətən, Allah hidayət etməz zalim qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.
Kövsər Tağıyev:
Ey inananlar! Yəhudi və xristianları dost tutmayın. Onlar bir-birilərinin dostudurlar. Sizdən kim onları dost tutarsa, şübhəsiz, o da onlardandır. Şübhəsiz, Allah zalımlar qövmünü doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Yəhudiləri və xaçpərəstləri özünüzə dost tutmayın. Onlar bir-birilərinin dostudurlar. Sizlərdən kim onları dost tutarsa, özü də onlardandır. Həqiqətən, Allah zalım camaata doğru yol göstərməz.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Yəhudiləri və nəsraniləri/xristianları [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Onlar bir-birlərinin himayəçi, yol göstərən yaxınlarıdır. Sizdən kim onları himayəçi, nəzarətçi, idarəçi tutsa, artıq şübhəsiz ki, o da onlardandır. Şübhəsiz ki, Allah şirk qoşaraq, küfr işləyərək səhv; öz zərərinə olan əməli işləyənlər tayfasına yol göstərməz.