Əlixan Musayev:
Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinsinlər.
Bünyadov-Məmmədəliyev:
Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Quranla) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!
Elmir Quliyev
:
Предостерегай им тех, которые страшатся того, что они будут собраны перед своим Господом тогда, когда не будет у них, помимо Него, ни покровителя, ни заступника. Быть может, они устрашатся!
Ələddin Sultanov:
Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları onunla (Quranla) xəbərdar et! Onların Allahdan başqa nə bir himayədarı, nə də bir şəfaətçisi vardır. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr.
Kerbelayi Malik ağa:
Rəblərinə həşr olunmaqdan qorxan kəsləri onunla xəbərdar et. Onların Allahdan başqa bir dostu və şəfaət edəni yoxdur. Beləcə onlar təqva sahibi olarlar.
Ələsgər Musayev:
Nəzərinə çatdır bununla o kəslərin ki, xoflanırlar Rəblərinin tərəfinə toplanacaqlarından, onlar üçün Ondan başqa dost və şəfa edən yoxdur, ola ki, təqvalı olsunlar!
A.Mehdiyev və D.Cəfərli:
Bununla (bu Qur’an vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut – (çün)ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər.
Kövsər Tağıyev:
Özləri üçün Allahdan başqa nə bir dost, nə də bir şəfaətçi olmadan Rəblərinin hüzurunda toplanmaqdan qorxanları Allaha qarşı gəlməkdən çəkinsinlər deyə onunla (Qur`an ilə) xəbərdar et.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları bununla [Quranla] xəbərdar et ki, doğrudan da onların Ondan başqa nə bir hamisi, nə də bir həyanı olacaqdır, bəlkə onlar Allahdan qorxalar.
Sabirə Dünyamalıyeva:
Və Rəbbinin hüzuruna yığışacaqlarını [bilərək] qorxanlara, Allahın mühafizəsi altına daxil olsunlar deyə, sənə vəhy edilənlə xəbərdarlıq et. Onların, Onun altındakılardan kömək edən, yol göstərən, qoruyan yaxın bir kəsləri və dəstəkçiləri, şəfaətçiləri yoxdur.