Yunus Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra zalımlara deyiləcəkdir: “Dadın əbədi əzabı! Məgər siz ancaq qazandığınız (günahlara) görə cəzalandırılmırsınızmı?”
Bünyadov-Məmmədəliyev:
Sonra zülm edənlərə: “Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” deyiləcək.
Elmir Quliyev :
Потом будет сказано тем, кто поступал несправедливо: "Вкусите вечные мучения! Разве вам не воздается только за то, что вы совершали?"
Ələddin Sultanov:
Sonra (şirk qoşaraq özlərinə) zülm edənlərə: “Dadın əbədi əzabı! Siz ancaq qazandıqlarınıza görə cəzalandırılacaqsınız!” - deyiləcəkdir.
Kerbelayi Malik ağa:
Sonra zülm edənlərə: ‘Əbədi əzabı dadın!’ deyildi. Qazandıqlarınızdan başqası iləmi cəzalandırılacaqsınız?
Ələsgər Musayev:
Sonra o kəslərə ki, zülm edirdilər, deyərlər: «Dadın həmişəlik əzabı! Cəzalanırsınızmı ancaq ilə ki, oldunuz kəsblilər?»
A.Mehdiyev və D.Cəfərli:
Sonra (Qiyamət günü) zülm edənlərə deyiləcəkdir: «Dadın əbədi əzabı! Məgər (küfr itaətsizlikdən) kəsb etdiyinizdən başqa bir şeyin müqabilində cəzalandırılırsınız?!»
Kövsər Tağıyev:
Sonra isə zülm edənlərə: “Əbədi əzabı dadın! Siz ancaq vaxtilə qazandığınızın cəzasını çəkirsiniz”, deyiləcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra o zalımlara deyilər: "Əbədi əzabı dadın! Məgər sizə öz kəsb etdiklərinizdən başqasına görəmi cəza veriləcək?“
Sabirə Dünyamalıyeva:
Sonra o şirk qoşaraq, inkar edərək səhv; öz zərərinə olan əməli işləyənlərə: "Dadın əbədi əzabı!" deyiləcəkdir. -Məgər qazandığınız şeylərdən başqası ilə cəzalandırılacaqsınız?-