Əlixan Musayev:
Bu (etiraf) ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin.
Bünyadov-Məmmədəliyev:
(Yusif dedi:) “Bu (qadınlara həqiqəti etiraf etdirməyim) ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin!
Elmir Quliyev
:
Я признаюсь в этом для того, чтобы мой муж знал, что я не изменила ему в его отсутствие, и что Аллах не помогает козням изменников.
Ələddin Sultanov:
(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və Allahın xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür.
Kerbelayi Malik ağa:
(Yusif xəbərçiyə dedi ki:) ‘Bu, yanımda olmadıqda ona (əfəndimə) xəyanət etmədiyimi və Allahın xəyanət edənlərin hiyləsinə yol vermədiyini bilmələri üçündür.’
Ələsgər Musayev:
Dedi: «Bu, ona görə idi ki, o bilsin ki,
mən qeybdə ona xəyanət etməmişəm. Həqiqətən, Allah
xainlərin fəndini hidayət etməz!»
A.Mehdiyev və D.Cəfərli:
(Yusuf sözlərinin davamında dedi:) «Bu, (qadınların çağırtdırılmaları və onlardan sorğu-sual edilməsi təklifi Misir valisi Əzizin) mənim o olmayanda ona əsla xəyanət etmədiyimi bilməsi üçündür. [Və ya: (Əzizin zövcəsi dedi:) «(Mənim) bu (etirafım Yusuf) mənim o olmayanda (sorğu-sual məclisində) ona xəyanət etmədiyimi bilməsi üçündür.] Şübhəsiz, Allah xainlərin hiyləsini məqsədə çatdırmaz!»
Kövsər Tağıyev:
(Yusuf:) “Bu, ona görədir ki, Əziz (o evdə) olmayanda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Yusuf dedi): "Bu, ona görə idi ki, mənim gizlində ona [hakimə] xəyanət etmədiyimi və xainlərin məkrinə Allahın yol verməyəcəyini o bilsin.
Sabirə Dünyamalıyeva:
Əzizin arvadı da: "İndi haqq və həqiqət olduğu kimi ortaya çıxdı. Onun nəfsindən mən kam almaq istədim. O isə şəksiz-şübhəsiz doğru danışanlardandır.