Əlixan Musayev:
O gün (Allah müşriklərə): “İddia etdiyiniz şəriklərimi çağırın!”– deyəcək. (Müşriklər )onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz (müşriklərlə )(bütlərin) arasına həlak edici bir yarğan salarıq.
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü Allah müşriklərə) belə buyuracaq: “(Mənə ortaq olduqlarını) iddia etdiyiniz şəriklərimi (sizə şəfaət diləməkdən ötrü) çağırın! (Müşriklər) öz tanrılarını (bütlərini) çağıracaq, lakin onlar (müşriklərə) heç bir cavab verməyəcəklər. Biz onların arasında (hamısının birlikdə məhv olacağı) bir cəhənnəm dərəsi bərqərar edərik!
Elmir Quliyev
:
В тот день Он скажет: "Призовите Моих сотоварищей, о существовании которых вы предполагали". Они воззовут к ним, но те не ответят им. Мы воздвигнем между ними губительное место (преграду).
Ələddin Sultanov:
O gün Allah: “İddia etdiyiniz şəriklərimi çağırın!” – deyər. Müşriklər də dərhal onları (bütlərini) çağırarlar. Ancaq (bütlər) onlara cavab verməzlər. Biz onların arasında bir uçurum yaradarıq.
Kerbelayi Malik ağa:
O gün (qiyamət günü Allahu Təala) belə deyəcək: ‘Mənim şəriklərim olduğunu zənn etdiklərinizi çağırın!’ Beləliklə, onları dəvət etdilər. Lakin onlar kafirlərə cavab vermədilər. Onların arasında həlak edici (bir maneə) yaratdıq.
Ələsgər Musayev:
O
gün deyər: «O kəsləri ki, Mənə şərik zənn edirdiniz, çağırın!»
Onları çağırarlar və amma onlara cavab verməzlər və onların
arasında fəlakət edərik!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar).» Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları arasında qarşılıqlı inamsızlıq uçurumu, şölələnmiş od, yandıran və məhv edən səhra yaradarıq.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Allahın: “Şərikim olduğunu iddia etdiklərinizi çağırın”, – deyəcəyi, onların da çağıracaqları, lakin (çağırdıqlarının) onlara cavab verməyəcəyi və bizim də aralarına bir uçurum qoyacağımız günü xatırla!
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Allah deyəcək: "(Sizə kömək edəcəklərini) iddia edib Mənə şərik qoşduqlarınızı çağırın!" Onları çağıracaqlar, onlar isə hay verməyəcəklər. Biz də onların arasına keçilməz cəhənnəm dərəsi salacağıq.
Sabirə Dünyamalıyeva:
Və o gün Allah: "Səhv olaraq inandığınız Mənim şəriklərimi haydı çağırın" deyər. Sonra onlar da onları çağırdılar, ancaq onlar [çağırışa] cavab vermədilər. Və Biz, onların arasına atəşdən bir maneə qoyduq.