Möminun Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.
Bünyadov-Məmmədəliyev:
Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!”
Elmir Quliyev :
Воистину, ваша религия религия единая, а Я ваш Господь. Бойтесь же Меня!
Ələddin Sultanov:
Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. Mən sizin Rəbbinizəm. Ona görə məndən çəkinin!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bu sizin ümmətiniz tək bir ümmətdir. Mən sizin Rəbbinizəm. Elə isə Mənə qarşı təqva sahibi olun.
Ələsgər Musayev:
Həqiqətən, bu sizin ümmətiniz vahid ümmətdir Mən sizin Rəbbinizəm qorxun Məndən!»
A.Mehdiyev və D.Cəfərli:
bu (din İslam şəriəti), siz (peyğəmbərlərin nəsilləri kəsilənədək sizin ümmətləriniz)in yeganə din şəriət olan din şəriətinizdir. (Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsulid-din füruid-dindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər onların sayının çoxluğu bəzi hökmlər baxımındandır.) Mən sizin Rəbbinizəm. Buna görə Məndən qorxun!
Kövsər Tağıyev:
Şübhəsiz, bu (İslam) tək bir din olaraq sizin dininizdir. Mən Rəbbinizəm. Elə isə mənə qarşı gəlməkdən çəkinin.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, vahid bir din olaraq sizin dininizdir. Mən isə sizin Rəbbinizəm. Məndən qorxun!
Sabirə Dünyamalıyeva:
bax bu, tək bir ümmət olaraq sizin ümmətinizdir. Mən sizin Rəbbinizəm. O halda, Mənim mühafizəm altına daxil olun.