Əlixan Musayev:
Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır.
Bünyadov-Məmmədəliyev:
Bu, zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda (qüdrətimizi) anlayıb bilən bir qövm üçün ibrət vardır!
Elmir Quliyev
:
Вот их дома, разрушенные за то, что они поступали несправедливо. Воистину, в этом — знамения для людей знающих.
Ələddin Sultanov:
Bu, haqsızlıqları səbəbilə çökmüş evləridir. Həqiqətən, bunda anlayan bir qövm üçün ibrət vardır.
Kerbelayi Malik ağa:
Bu onların zülmləri səbəbiylə çökmüş olan evləridir! Şübhəsiz ki, bilən qövm üçün bunda, mütləq bir ayə (dəlil) vardır.
Ələsgər Musayev:
Budur onların zalim olduqlarına görə dağılmış evləri. Həqiqətən, bunda ayətlər var bilən qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə bu, onların viran və (sakinlərsiz) bom-boş qalmış evləridir! Həqiqətən, bunda (bu hadisədə) bilən bir qövm üçün ibrət nişanəsi vardır.
Kövsər Tağıyev:
Bu, onların zülm etdikləri üçün xarabazara dönmüş evləridir. Şübhəsiz, bilən bir qövm üçün bunda bir ibrət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Budur haqsızlıq etdiklərinə görə boş və viranə qalmış evləri. Həqiqətən, bilən adamlar üçün bunda bir ibrət vardır.
Sabirə Dünyamalıyeva:
Bax, onların, şərik qoşmaqla işlədikləri xətalar ucbatından damları çökərək bomboş qalan evləri. Heç şübhəsiz ki, bunda, bilən bir qövm üçün bir nişanə/işarət var.