Əlixan Musayev:
Bundan sonra (başqa) qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir. Sahib olduğun cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir.
Bünyadov-Məmmədəliyev:
Bundan sonra (bu övrətlərindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları, gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!
Elmir Quliyev
:
Отныне тебе не дозволено жениться на других женщинах и заменять их другими женами, даже если их красота поразит тебя, но это не относится к невольницам, которыми овладела твоя десница. Аллах наблюдает за всякой вещью.
Ələddin Sultanov:
Bundan sonra (başqa) qadınlar (ilə evlənmək) və cariyələrin istisna olmaqla, gözəllikləri sənin xoşuna gəlsə belə, bunların yerinə başqa qadınlar almaq sənə halal deyildir. Allah hər şeyə nəzarət edəndir.
Kerbelayi Malik ağa:
Bundan sonra sənə (başqa) qadınlar və zövcələrindən birini gözəlliyi xoşuna gəlsə belə (başqa bir xanımla) dəyişdirməyin halal deyil. Əlinin altında sahib olduqların (cariyələr) xaric. Allah hər şeyə nəzarət edəndir.
Ələsgər Musayev:
Bundan sonra sənin
üçün halal deyil qadın almaq və bu zövcələrdən birini başqası
ilə dəyişmək, əgər onların gözəlliyi səni təəccübə gətirsə də,
ancaq əlinin altında olan kəniz xidmətçilərdən başqa. Oldu
Allah külli şey üzərində Rəqib!
A.Mehdiyev və D.Cəfərli:
Bundan sonra (bu zövcələrindən əlavə) sənə (başqa) qadınlar halal deyildir. Gözəllikləri (və yaxşılıqları) sənin xoşuna gəlsə də belə onları başqa qadınlarla da dəyişdirə bilməzsən. Malik olduğun kəniz isə istisnadır. Allah həmişə hər bir şeyə nəzarət edəndir.
Kövsər Tağıyev:
Bundan sonra gözəllikləri xoşuna gəlsə belə, başqa qadınlarla evlənmək, zövcələrini boşayıb başqa zövcələr almaq sənə halal deyil. Ancaq sahib olduğun cariyələr istisnadır. Şübhəsiz, Allah hər şeyə nəzarət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan sonra (başqa) qadınlar sənə halal deyildir. Gözəllikləri nə qədər xoşuna gəlsə də, sənə onları [öz zövcələrini] başqaları ilə əvəz etmək də halal deyildir. Sahib olduğun cariyələr istisnadır. Allah hər şeyə nəzarət edir.
Sabirə Dünyamalıyeva:
Bundan sonra [bunlardan başqa] qadınlar və bunları başqa qadınlar ilə dəyişdirmək -gözəllikləri xoşuna gəlsə belə- sənə halal olmaz. Ancaq andının malik olduğu/müharibə əsiri olub sənin himayənə verilənlər istisnadır; onu nikahına ala bilərsən. Allah, hər şeyə nəzarət edib, hər şeyi yoxlayandır.