Fussilət Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Bir deyin görək, əgər (Quran) Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, (bunu) necə (başa düşmək olar)?! (Elə isə haqdan) uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! O kafirlərə) de: “Bir söyləyin görək, əgər (bu Quran) Allah dərgahındandırsa sonra siz onu inkar edibsinizsə, (sizin kimi haqdan) uzaq bir nifaq (ədavət) içində olan kəsdən (haqq yolu) daha çox azmış kim ola bilər?!
Elmir Quliyev :
Скажи: "Что вы думаете, а если Коран от Аллаха, и вы не веруете в него? Кто может быть более заблудшим, чем тот, кто находится в глубоком разладе с истиной?"
Ələddin Sultanov:
De: “Deyin görək, əgər (Quran) Allah dərgahından olub siz onu inkar etmisinizsə, (haqdan) uzaq bir ayrılıq içində olandan daha çox azmış kim ola bilər?!
Kerbelayi Malik ağa:
De ki: ‘Gördünüzmü? Əgər O (Quran), Allahın dərgahından isə sonra da siz Onu inkar etdinizsə, uzaq bir ayrılığın içində olandan daha çox dəlalətdə kim vardır?’
Ələsgər Musayev:
De: «Ə, görürsünüzmü, əgər oldu o, Allah yanından, sonra siz kafir oldunuz onun ilə, kim zəlalətdədir o kəsdən ki, o, uzaq şəqavətdədir?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə xəbər verin (görüm), əgər (bu Qur’an) Allah tərəfindən olsa, sonra siz ona küfr etsəniz kim onunla bərk müxalif olandan daha azğındır?!»
Kövsər Tağıyev:
De ki: “Nə düşünürsünüz? Əgər o (Qur`an), Allah qatından olduğu halda siz onu inkar etmisinizsə, o zaman dərin bir ixtilaf içində olan kimsədən daha sapqın kim ola bilər?
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər o, [Quran] Allah tərəfindəndirsə, sonra siz onu inkar edirsinizsə, onda bir deyin görək (haqdan) uzaq düşəndən daha çox yolunu azmış kimdir?"
Sabirə Dünyamalıyeva:
De ki: "Heç düşündünüzmü? Əgər Quran, Allahın dərgahındandırsa sonra siz bu həqiqəti ört-basdır etmişsinizsə... Uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?"