Tövbə Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz, biz sizinlə birlikdə gözləyirik”.
Bünyadov-Məmmədəliyev:
De: “Biz Allahın Özü tərəfindən ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz sizinlə birlikdə gözləməkdəyik”!
Elmir Quliyev :
Скажи: "Неужели вы ожидаете, что нам выпадет что-либо, кроме одного из двух благ? Мы тоже ждем, что Аллах поразит вас мучениями от Себя или же накажет вас нашими руками. Ждите, и мы подождем вместе с вами".
Ələddin Sultanov:
De: “Siz bizə iki yaxşılıqdan (qələbə çalmaq şəhid olmaqdan) birinin gəlməsini gözləyirsiniz? Biz Allahın Öz dərgahından ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözləyirik. Ona görə gözləyin! Biz sizinlə birlikdə gözləyirik”.
Kerbelayi Malik ağa:
De ki: ‘Bizim üçün iki gözəlliyin birindən (zəfər qazanmaq şəhid olmaq) başqasını gözləyirsiniz? Biz (də) Allahın, Onun dərgahından ya bizim əlimizlə sizə bir əzab düçar etdirməsini gözləyirik. Artıq siz gözləyin! Şübhəsiz ki, biz sizinlə birlikdə gözləyənlərik.’
Ələsgər Musayev:
De: «Məgər bizim üçün iki yaxşılıqdan birinimi gözləyirsiniz? Biz Allahın əzabının Onun tərəfindən, ya bizim əllərimizlə sizə isbat olmasını gözləyirik. Gözləyin, biz sizinlə gözləyirik!
A.Mehdiyev və D.Cəfərli:
De: «Yoxsa bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa bir şey gözləyirsiniz? Biz sizin barənizdə Allahın sizə Öz tərəfindən, ya bizim əlimizlə əzab yetirməsini (küfr halında həlak olmaq, yaxud küfr halında öldürülməyi) gözləyirik. Buna görə gözləyin ki, biz sizinlə gözləyənlərdənik».
Kövsər Tağıyev:
De ki: “Siz bizim üçün ancaq iki gözəllikdən (şəhidlik zəfərdən) birini gözləyə bilərsiniz. Biz Allahın öz qatından ya bizim əllərimizlə sizə verəcəyi bir əzabı gözləyirik. Gözləyin, şübhəsiz, biz sizinlə birlikdə gözləyirik”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Biz Allahın sizi Öz tərəfindən ya bizim əllərimizlə əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizə yalnız iki xeyir işdən [qələbə ya şəhidlikdən] birinin (üz verəcəyini) gözləyirsiniz? Gözləyin, biz sizinlə gözləyirik!"
Sabirə Dünyamalıyeva:
De ki: "Siz bizə iki yaxşılıqdan birinin xaricində [bir şeyin üz verməsinimi] gözləyirsiniz? Biz isə sizə, Allahın Özü tərəfindən ya bizim əlimizlə bir əzab göndərməsini gözləyirik. Haydı, siz gözləyin, şübhəsiz, biz sizinlə birlikdə gözləyənlərdənik."