İsra Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bəndələrimə de: “(Danışdıqları zaman “la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!
Elmir Quliyev :
Скажи Моим рабам, чтобы они говорили наилучшие слова, ибо дьявол вносит между ними раздор. Воистину, дьявол для человека явный враг.
Ələddin Sultanov:
Qullarıma de ki, sözün ən gözəlini söyləsinlər. Həqiqətən, şeytan onların arasına fitnə salar. Şübhəsiz ki, şeytan insanın açıq-aşkar düşmənidir.
Kerbelayi Malik ağa:
Qullarıma de ki: ‘Ən gözəl sözü söyləsinlər!’ Şübhəsiz ki, şeytan onların arasını vurar (fəsad çıxarar). Şübhəsiz ki, o, insana açıq-aşkar düşməndir.
Ələsgər Musayev:
Bəndələrimə de yaxşı sözlər söyləsinlər, həqiqətən, şeytan onların arasına dava salar. Həqiqətən, şeytan insanlar üçün aşkar düşməndir.
A.Mehdiyev və D.Cəfərli:
Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi belədir).
Kövsər Tağıyev:
Qullarıma söylə: (İnsanlara qarşı) ən gözəl sözü söyləsinlər. Çünki şeytan onların arasına nifaq salar. Çünki şeytan insanın açıq-aşkar düşmənidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəndələrimə de ki, qoy onlar ən yaxşı sözü desinlər. Doğrudan da şeytan onların arasında nifaq salır. Şübhəsiz şeytan insanın açıq düşmənidir.
Sabirə Dünyamalıyeva:
Bəndələrimə söylə, ən gözəl olanı söyləsinlər. Şübhəsiz ki, şeytan aralarına nifaq salar. Şübhəsiz ki, şeytan, insan üçün açıq-aşkar bir düşməndir.