Əlixan Musayev:
Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin edəcək və oradan baş götürüb qaçmağa (kənara çıxmağa) bir yer tapa bilməyəcəklər.
Elmir Quliyev
:
Грешники увидят Огонь, и им станет ясно, что они будут брошены в него. Они не найдут от него спасения!
Ələddin Sultanov:
Günahkarlar cəhənnəm alovunu gördükdə özlərinin ora düşəcəklərini anlayacaqlar. Oradan xilas olmaq üçün bir yol tapa bilməyəcəklər.
Kerbelayi Malik ağa:
Günahkarlar atəşi (cəhənnəmi) gördü. O zaman içinə düşəcəklərini idrak etdilər (bildilər). Ondan uzaqlaşacaq (qaçacaq) bir yer tapa bilmədilər.
Ələsgər Musayev:
Cərimə olunmuşlar odu görərlər
və zənn edərlər ki, ora düşəcəklər. Oradan qaçmağa yol tapa
bilməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Günahkarlar (Cəhənnəm) odu(nu) görər, beləliklə ora mütləq daxil olacaqlarını bilərlər və oradan bir qayıdış yolu tapmazlar.
Kövsər Tağıyev:
Günahkarlar (o gün) cəhənnəm odunu gördükdə onun içinə düşəcəklərini yaxşı anlayacaqlar və ondan bir qurtuluş yolu tapa bilməyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Günahkarlar cəhənnəm odunu görən kimi oraya düşəcəklərini biləcəklər. Onlar oradan bir xilas yolu tapa bilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Və günahkarlar atəşi görmüşlər və artıq, özlərinin ora düşəcəklərinə qəti inanmışlar. Ondan qaçıb sığınacaq bir yer də tapa bilmədilər.