Möminun Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir.
Bünyadov-Məmmədəliyev:
Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur).
Elmir Quliyev :
Но они раскололи свою религию на части, и каждая секта радуется тому, что имеет.
Ələddin Sultanov:
Ancaq onlar dini məsələlərdə firqələrə bölündülər. Hər bir firqə öz əlindəkinə görə sevinib qürurlanır.
Kerbelayi Malik ağa:
Lakin onlar (dinin) əmrlərini öz aralarında firqələrə ayıraraq böldülər. Qrupların hamısı özlərindəki (qəbul etdikləri) ilə fərəhlənərlər.
Ələsgər Musayev:
Onlar öz aralarında əmrlərini parçaladılar. Külli dəstə ilə yanlarında var, ona fərəhlənir
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onlar (ümmətlər kitab şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub din) işlərini öz aralarında parçalayaraq firqə dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir.
Kövsər Tağıyev:
(İnsanlar isə din) işlərini öz aralarında parçalayıb firqə-firqə etdilər. Hər firqə özündə olana sevinir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə dində fırqələrə parçalandılar. Hər firqə isə özündəki [məzhəbi] ilə fərəhlənir.
Sabirə Dünyamalıyeva:
Sonra insanlar öz aralarındakı işlərini parça-parça böldülər. Hər firqə, özündə olan ilə sevinib iftixar edir.