Əlixan Musayev:
Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Peyğəmbərin )zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!
Elmir Quliyev
:
О те, которые уверовали! Не входите в дома Пророка, если только вас не пригласят на трапезу, но не дожидайтесь ее приготовления (не приходите заранее). Если же вас пригласят, то входите, а когда поедите, то расходитесь и не усаживайтесь для разговоров. Этим вы причиняете неудобство Пророку. Он стыдится вас, но Аллах не стыдится истины. Если вы просите у них (жен Пророка) какую-либо утварь, то просите у них через завесу. Так будет чище для ваших сердец и их сердец. Вам не подобает ни обижать Посланника Аллаха, ни жениться на его женах после его смерти. Воистину, это является великим грехом перед Аллахом.
Ələddin Sultanov:
Ey iman gətirənlər, yeməyə dəvət edilmədikcə və yeməyin bişməsini gözləmədən Peyğəmbərin evlərinə girməyin! Lakin dəvət olunduğunuz zaman girin və yeməyi yedikdən sonra söhbətə dalmadan dərhal dağılışın! Həqiqətən, bu, Peyğəmbərə əziyyət verir, ancaq o sizdən çəkinir. Allah isə həqiqəti söyləməkdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduğunuz zaman pərdə arxasından soruşun! Bu, həm sizin, həm də onların qəlbləri üçün daha təmiz bir davranışdır. Allahın Peyğəmbərini incitmək və ondan sonra zövcələri ilə evlənmək əsla sizə yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük bir günahdır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar, sizə izn verilmədikcə Nəbinin evlərinə girməyin! (Əgər girmişsinizsə) yeməyin bişməsini gözləməyin. Lakin dəvət edildiyiniz zaman girin. Yeməyinizi yeyincə dərhal dağılın və söhbət etmək istəməyin, sözə dalmayın (icazəsiz danışmayın). Çünki bu vəziyyət həqiqətən Nəbiyə əziyyət verirdi. Lakin sizdən həya edirdi (utanırdı). Allah haqqdan həya etməz (gerçəyi açıqlamaqdan çəkinməz). Onlardan (Peyğəmbər Xanımlarından) bir şey soruşduğunuz zaman pərdə arxasından soruşun. Bu, sizin və onların qəlbləri üçün daha təmizdir. Allahın Rəsuluna əziyyət verməyiniz və bundan sonra Onun zövcələri ilə nikah bağlamağınız əbədi olaraq olmaz. Şübhəsiz ki, bu, Allahın dərgahında çox böyük günahdır.
Ələsgər Musayev:
Ay o kəslər ki,
inanırsınız! Daxil olmayın nəbinin evinə, ancaq ki, sizə izn
verilə təama tərəf, onun vaxtını gözləmədən. Lakin onda ki, sizi
çağırdılar, onda daxil olun. Onda ki, təamı sərf etdiniz, dostluq
söhbətlərinə girişmədən dağılın. Həqiqətən, bu, nəbi üçün
əziyyət verir və o, sizdən həya edir və Allah haqdan həya
etməz. Onda ki, onlardan mətah istəyirsiniz, onu pərdə dalından
istəyin. Bu, sizin qəlbiniz üçün və o qadınların qəlbləri üçün
paklıqdır. Yaraşmaz sizə Allahın rəsulunu incitmək və onun
zövcələri ilə ondan sonra nigah etmək əbədən. Həqiqətən, bu,
Allah yanında böyük olar.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu, (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir). Halbuki, Allah həqiqət(i və sizin vəzifələrinizi bəyan etmək)dən xəcalət çəkməz. Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır).
Kövsər Tağıyev:
Ey iman edənlər! Yeməyə dəvət olunmadan və yeməyin bişməsini gözləmədən (vaxtlı-vaxtsız) Peyğəmbərin evlərinə girməyin, dəvət olunduğunuz zaman girin. Yeməyi yeyən kimi də dağılın. Söhbət üçün gözləməyin. Çünki bu davranışınız Peyğəmbəri narahat edir, lakin o, sizdən həya edir. Allah isə haqqı söyləməkdən həya etməz. Peyğəmbərin xanımlarından bir şey istədiyiniz zaman pərdə arxasından istəyin. Belə davranmanız həm sizin qəlbləriniz, həm də onların qəlbləri üçün daha təmizdir. Allahın rəsuluna əziyyət vermək və ondan sonra xanımları ilə evlənmək əbədiyyən sizə yaraşmaz. Çünki bu, Allah qatında böyük bir günahdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Peyğəmbərin evlərinə yemək vaxtı gözlənilmiş olmayaraq, dəvətli olduğunuz vaxtlardan başqa vaxtlarda daxil olmayın. Ancaq dəvət olunduğunuz vaxt daxil olun və yemək yedikdən sonra bir- birinizlə söhbətə girişmədən dağılın. Bu, siz tərəfdən peyğəmbəri narahat edər, o sizdən utanar, Allah isə haqdan utanmır. Əgər onlardan [peyğəmbərin zövcələrindən] bir şey istəsəniz, pərdə arxasından istəyin. Bu, sizin ürəkləriniz üçün də, onların ürəkləri üçün də daha təmizdir. Sizə Allahın peyğəmbərini narahat etmək və ölümündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Bu, Allahın yanında (sizin üçün) böyük bir günah olar.
Sabirə Dünyamalıyeva:
Ey iman edən kəslər! Peyğəmbərin evlərinə sadəcə -vaxta baxmadan- yeməyə icazə verildikdə daxil olun. Amma dəvət olunduğunuzda dərhal girin. Yeməyi yedikdən sonra da dərhal dağılışın. Söz [söhbət] üçün gözləməyin. Şübhəsiz ki, bu hərəkətiniz Peyğəmbərə əziyyət verir, sonra o, sizdən çəkinir. Allah isə haqdan/həqiqətən çəkinməz. Onun xanımlarından [lazımlı] bir şey istəyərkən də pərdə arxasından/otaqlarına girmədən istəyin. Belə etməyiniz, sizin qəlbləriniz və onların qəlbləri üçün daha təmizdir. Və sizin, Allahın Elçisinə əziyyət etməyiniz və özündən sonra xanımlarını da əbədiyyən nikahlamağınız əsla olmaz. Bu, Allah yanında çox böyük [bir günahdır].