Ənam Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?” Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?
Bünyadov-Məmmədəliyev:
Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: “Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”
Elmir Quliyev :
Так Мы искушали одних из них другими, дабы они сказали: "Неужели среди нас Аллах оказал милость только этим?" Разве Аллах не лучше знает тех, кто благодарен?
Ələddin Sultanov:
Beləcə onların: “Allah aramızdan bunlaramı lütf etdi?” - demələri üçün bir qismini digərləri ilə imtahan etdik. Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?!
Kerbelayi Malik ağa:
‘Aramızdan Allahın nemətləndirdikləri bunlarmı?’ deyərlər deyə, onları bir-birləri ilə məhz belə imtahan etdik. Allah şakirləri (şükür edənləri) ən yaxşı bilir, elə deyilmi?
Ələsgər Musayev:
Beləliklə sınadıq onların bəzilərini bəziləri ilə ki, deyələr: «Ə, bunlardırmı ki, minnət qoydu Allah onların üzərinə bizim aramızdan?» Ə, Allah tanımırmı şükür edənləri?
A.Mehdiyev və D.Cəfərli:
Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) «Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?» desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?
Kövsər Tağıyev:
Beləliklə, insanların bəzisini bəzisi ilə sınadıq ki, “Allah aramızdan bu adamlarımı iman nemətinə layiq gördü?” desinlər. Allah şükür edən qullarını daha yaxşı bilən deyilmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Beləcə Biz birini digəri ilə sınadıq ki, onlar desinlər: "Doğrudanmı Allah bizim aramızdan bunlara lütfkarlıq göstərib?" Məgər Allah şükr edənlərdən daha yaxşı xəbərdar deyilmi?
Sabirə Dünyamalıyeva:
Biz, "Allah, aramızdan bunlara yaxşılıq etdi?!" desinlər deyə, onlardan bəzisini bəzisi ilə beləcə atəşə sürüklədik, imtahan etdik. Allah, özlərinə verilən nemətlərin əvəzini ödəyənləri daha yaxşı bilən deyilmi?