Əlixan Musayev:
De: “İstər könüllü, istərsəniz də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir qövm oldunuz!”
Bünyadov-Məmmədəliyev:
(Münafiqlərə) de: “İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.
Elmir Quliyev
:
Скажи: "Станете ли вы делать пожертвования по доброй воле или по принуждению — от вас все равно не будет принято, поскольку вы являетесь людьми нечестивыми".
Ələddin Sultanov:
De: “Malınızı istər könüllü, istərsə də könülsüz xərcləyin, (bu sədəqələr) sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq (haqq yoldan çıxmış) bir tayfa oldunuz.
Kerbelayi Malik ağa:
De ki: ‘İstər könüllü və ya istər könülsüz infaq etsəniz belə, sizdən əsla qəbul edilməz. Çünki siz fasiq bir qövm oldunuz.’
Ələsgər Musayev:
De: «Infaq edin könüllü və ya ikrahla –
sizdən qəbul olunmayacaq!» Həqiqətən, siz oldunuz fasiq
qoum!
A.Mehdiyev və D.Cəfərli:
De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz».
Kövsər Tağıyev:
Yenə de ki: “İstər könüllü xərcləyin, istər könülsüz, sizdən əsla qəbul olunmayacaq. Çünki siz fasiq bir topluluqsunuz”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "(Malınızı) öz xoşunuzla, ya da istəmədən sərf edin, onsuz da sizdən qəbul edilməyəcək! Çünki siz azğın adamlar olmuşsunuz".
Sabirə Dünyamalıyeva:
De ki: "İstəyərək və ya istəməyərək Allah yolunda xərcləyin; sizdən heç bir zaman qəbul olunmaz. Şübhəsiz ki, siz haqq yoldan çıxanlar tayfası oldunuz."