Əlixan Musayev:
Padşah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi.
Bünyadov-Məmmədəliyev:
Padşah dedi: “(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!” – dedi.
Elmir Quliyev
:
Царь сказал: "Приведите его ко мне. Я сделаю его своим приближенным". Побеседовав с ним, он сказал: "Сегодня при нас ты обрел положение и доверие".
Ələddin Sultanov:
Kral dedi: “Onu mənə gətirin! Onu özümə xas (müşavir) edəcəyəm”. (Kral) onunla danışarkən belə dedi: “Sən bu gün yanımızda yüksək mövqe sahibi, etibarlı bir şəxssən!”
Kerbelayi Malik ağa:
Hökmdar belə dedi: ‘Onu mənə gətirin! Onu özüm üçün seçdim.’ Onunla söhbət etdikdə: ‘Şübhəsiz ki, sən bu gün bizim yanımızda məqam sahibisən, əminsən (etibarlı adamsan).’ dedi.
Ələsgər Musayev:
Məlik dedi: «Onu mənim yanıma
gətirin, xüsusi bəndələrimdən edim». Amma elə ki, onunla
kəlmə kəsdi, dedi: «Həqiqətən, sən bu gün bizim yanımızda
əmin məqamdasan!»
A.Mehdiyev və D.Cəfərli:
Və şah dedi: «Onu mənim yanıma gətirin özümə yaxın adam edim.» Beləliklə, onunla danışdıqdan (və onun ağlını, elmini və mənəvi keyfiyyətlərini gördükdən) sonra dedi: «Sən bu gün(dən) bizim yanımızda yüksək məqamlı və etibarlı şəxssən!»
Kövsər Tağıyev:
Kral: “Onu mənə gətirin, yanıma götürüm”, – dedi. Onunla danışdıqda dedi ki: “Şübhəsiz, bu gün sən yanımızda yüksək məqam sahibi və güvənilən birisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Hakim dedi); "Onu yanıma gətirin! Onu özümə yaxın adam edəcəyəm". Onunla söhbət edəndə isə dedi: "Sən bu gün bizim yanımızda yüksək məqamlı, etibarlı adamsan".
Sabirə Dünyamalıyeva:
Və hökmdar: "Onu mənə gətirin, onu özüm üçün [bir işə] təyin edim" dedi. Sonra onunla söhbət etdikdən sonra: "Şübhəsiz ki, sən bu gün yanımızda həqiqətən əhəmiyyətli bir mövqe sahibisən, etibarlı bir şəxssən!" dedi.