Əlixan Musayev:
Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
Elmir Quliyev
:
Помяни в Писании Исмаила (Измаила). Воистину, он был правдивым в обещаниях и был посланником и пророком.
Ələddin Sultanov:
Kitabda İsmaili də an! Həqiqətən, o, sözünə sadiq idi. O, həm rəsul, həm də nəbi idi.
Kerbelayi Malik ağa:
Kitabda İsmayılı (ə.s) zikr et. Çünki O, vədinə sadiq idi və O, Nəbi Rəsul idi.
Ələsgər Musayev:
Yad et kitabda
Ismaili. Həqiqətən, o, vədəsinə sadiq oldu və oldu rəsul, nəbi.
A.Mehdiyev və D.Cəfərli:
Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi.
Kövsər Tağıyev:
Kitabda İsmaili də yad et. Həqiqətən, o, sözündə duran biri idi. Bir rəsul, bir nəbi idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitabda İsmaili də yada sal. Həqiqətən, o, əhdə vəfalı idi, bir elçi, peyğəmbər idi.
Sabirə Dünyamalıyeva:
Və Kitabda İsmaili yad et/xatırlat. Şübhəsiz ki, o, vədinə sadiq idi, bir elçi, bir peyğəmbər idi.