Bəqərə Surəsi 54. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.
Elmir Quliyev :
Вот сказал Муса (Моисей) своему народу: мой народ! Вы были несправедливы к себе, когда стали поклоняться тельцу. Покайтесь перед своим Создателем и убейте сами себя (пусть невинные убьют беззаконников). Так будет лучше для вас перед вашим Создателем". Затем Он принял ваши покаяния. Воистину, Он Принимающий покаяния, Милосердный.
Ələddin Sultanov:
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin özünüzü öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bu ayədəki “özünüzü öldürün!” ifadəsi bəzi təfsirçilərə görə, “sizdən mömin olanlar buzova sitayiş edənləri öldürsün!”, bəzilərinə görə isə “nəfslərinizi islah edin!” mənasına gəlir.)
Kerbelayi Malik ağa:
Musa (ə.s) qövmünə: 'Ey qövmüm! Buzovu (ilah) qəbul etməyinizlə şübhəsiz ki, siz, öz nəfslərinizə zülm etdiniz. Dərhal Yaradıcınıza tövbə edin. Artıq nəfslərinizi (bir-birinizi) öldürün. Bu, Yaradıcınız dərgahında sizin üçün daha xeyirlidir.' demişdi. Beləcə O, tövbənizi qəbul buyurdu. Şübhəsiz ki, O, tövbələri qəbul edən Rəhim olandır.
Ələsgər Musayev:
Onda dedi Musa oz qoumu üçün: «Ay qoumum! Həqiqətənsiz zülm etdiniz nəfsinizəgötürməklə buzovu. tövbə edin tərəfinə sizi Yaradanın qətl edin nəfsinizi. Bu, sizin üçün xeyirdir sizi Yaradanın yanında. O tövbə etdi üzərinizə. Həqiqətən, O TəvvabdırRəhimdir!»
A.Mehdiyev və D.Cəfərli:
(yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, həqiqətən, siz buzova sitayiş etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə edin özünüzü öldürün (tövbə zahidliklə öz nəfsi istəklərinizi öldürün. Yaxud günahsızlar buzova sitayiş edənləri öldürsünlər) ki, bu əməl Yaradanınızın yanında sizin üçün daha yaxşıdır.» Beləliklə (belə etdikdən sonra), Allah sizə nəzər saldı sizin tövbənizi qəbul etdi, (çün)ki O, çox tövbə qəbul edən mehribandır.
Kövsər Tağıyev:
Musa qövmünə dedi ki: “Ey qövmüm, siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Gəlin yaradanınıza tövbə edib nəfslərinizi öldürün4 (özünüzü düzəldin). Bu, Yaradanınızın qatında sizin üçün daha yaxşıdır”. Beləliklə, Allah da onların tövbəsini qəbul etdi. Çünki O, tövbələri çox qəbul edəndir, çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onda Musa öz camaatına dedi: "Ey camaatım, siz buzovu (səcdəgah) götürməklə öz-özünüzə zülm etdiniz. Sizi Yaradana tövbə edib öz nəfsinizi öldürün ! Bu, sizin üçün Yaradanınızın hüzurunda daha xeyirlidir." Sonra da O, tövbələrinizi qəbul etdi. Axı O, Bağışlayandır, Rəhmlidir !
Sabirə Dünyamalıyeva:
Bir zamanlar Musa öz qövmünə demişdi: "Ey qövmüm! Şübhəsiz ki, siz qızıla tapınmaqla öz-özünüzə haqsızlıq etdiniz. Gəlin, dərhal Yaradanınıza tövbə edin nəfsinizi dəyişdirin. Belə etməyiniz Yaradanınızın yanında sizin üçün xeyirlidir." Sonra da Yaradanınız tövbənizi qəbul etdi. Şübhəsiz, Yaradanınız, tövbələri çox qəbul edən, tövbə etməyə çox fürsət verən, geniş mərhəmət sahibidir.