Əlixan Musayev:
Qoy elm verilən kəslər, bu (Kitabın) Rəbbin tərəfindən (göndərilmiş) həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.
Bünyadov-Məmmədəliyev:
Və elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!
Elmir Quliyev
:
Пусть знают те, кому даровано знание, что это — истина от твоего Господа, чтобы они могли уверовать в него, а их сердца могли смиренно покориться ему. Воистину, Аллах наставляет верующих на прямой путь.
Ələddin Sultanov:
Bir də ona görə ki, özlərinə elm verilmiş kimsələr onun (Quranın) Rəbbindən gələn haqq olduğunu bilib ona inansınlar və bununla da qəlbləri rahatlıq tapsın. Şübhəsiz ki, Allah iman gətirənləri mütləq doğru yola yönəldər.
Kerbelayi Malik ağa:
Elm verilmiş kəslərin onun (irşad məqamının, Vəli Rəsulun, Nəbi Rəsulun) söylədiklərinin Rəbbindən bir haqq olduğunu bilmələri, Ona iman etmələri onların qəlblərinin Onu idrak etməsi (qəlblərindən möhrün alınıb yerinə ihbat sistemi qoyularaq qəlblərin mütməin olması) üçündür. Şübhəsiz ki, Allah amənu olanları mütləq Sirati Müstəqimə hidayət edər.
Ələsgər Musayev:
ona görə ki, bilsinlər o kəslər ki, elm əta olunub, həqiqətə, o
haqdır Rəbbindən sənin və inanalar Onun ilə və qəlbləri Onun
üçün müti ola. Həqiqətən, Allah hidayət edər o kəsləri ki,
inanırlar, tərəfinə yolun düzünün.
A.Mehdiyev və D.Cəfərli:
Və (dini) elm verilmiş şəxslərin onun (rəsul və nəbinin dəvətinin) sənin Rəbbin tərəfindən haqq olmasını bilmələri, buna görə də ona iman gətirmələri və nəticədə onların qəlblərinin onun qarşısında ram və müti olması üçün! Həqiqətən Allah iman gətirənləri doğru yola (imandan sonrakı kamilliklərə) tərəf istiqamətləndirəndir.
Kövsər Tağıyev:
(Allah həmçinin ona görə belə edir ki,) elm verilənlər onun Rəbbindən gələn haqq olduğunu bilsinlər, beləliklə, ona iman etsinlər və qəlbləri ona ehtiram duysun. Heç şübhə yoxdur ki, Allah iman edənləri doğru yola yönəldər.
M.Qənioğlu və T.Bilaloğlu:
və bilik bəxş olunanlar bunun [Quranın] sənin Rəbbin tərəfindən bir haqq olduğunu bilsinlər, buna görə də ona inanıb ona ürəkdən bağlansınlar. Həqiqətən, Allah iman gətirənləri düz yola yönəldər.
Sabirə Dünyamalıyeva:
- [və] elm verilən kəslərin, Quranın həqiqətən Rəbbindən gələn haqq olduğunu bilərək ona iman etmələri, sonra da qəlblərinin ona ehtiram duyması üçün Öz ayələrini möhkəmləndirər, qoruyar. Və Allah, çox yaxşı biləndir, ən yaxşı qanunlar qoyan, möhkəmləndir