Əlixan Musayev:
Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin (hər)(şeyə) Qadirdir.
Bünyadov-Məmmədəliyev:
İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikinci isə bacı, qız tərəfdən olan qohumluqdur).
Elmir Quliyev
:
Он — Тот, Кто сотворил человека из воды и одарил его родственниками и свойственниками. Господь твой — Всемогущий.
Ələddin Sultanov:
İnsanı sudan (nütfədən) yaradıb onu nəsillərə çevirən və aralarında qohumluqlar yaradan Odur. Rəbbin hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Sudan bəşəri yaradan Odur. Sonra ona nəsəb (qan qohumu) və sıhriyyət (sonradan evliliklə yaranan qohumluq) verdi. Sənin Rəbbin Qadirdir.
Ələsgər Musayev:
Və O – Odur ki, xəlq etdi bəşəri sudan və etdi onun üçün əsəbnəsəb. Oldu sənin Rəbbin Qadir!
A.Mehdiyev və D.Cəfərli:
Sudan (nütfədən) insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə olan nəsəb əlaqələri, eləcə də həyat yoldaşının qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Rəbbin həmişə hər şeyə qadirdir.
Kövsər Tağıyev:
O, sudan bir insan yaradıb ondan nəsil və qohumluq meydana gətirəndir. Rəbbin hər şeyə haqqı ilə qadirdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sudan insan xəlq edən və onun üçün kişi tərəfdən və qadın tərəfdən qohum yaradan Odur. Sənin Rəbbin hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Və sudan bir bəşər meydana gətirən, sonra onun üçün nəsəb və evlilik səbəbi ilə qohumluğu meydana gətirən Odur. Və sənin Rəbbinin gücü hər şeyə çatır.