Əlixan Musayev:
Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.
Bünyadov-Məmmədəliyev:
Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
Elmir Quliyev
:
Аллах — Тот, Кто создает вас из слабости (создает вас из капли или создает вас слабыми). После слабости Он наделяет вас силой, а потом заменяет ее слабостью и сединой. Он творит, что пожелает, ибо Он — Знающий, Всемогущий.
Ələddin Sultanov:
Sizi zəif bir şeydən (nütfədən) yaradan, sonra zəifliyin arxasınca qüvvət, sonra qüvvətin arxasınca gücsüzlük və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, hər şeyi biləndir, qüdrət sahibidir.
Kerbelayi Malik ağa:
O Allah ki, sizi gücsüz (zəif) bir şeydən (nütfədən) yaratdı. Sonra zəifliyin ardından (sizi) qüvvətli etdi. Sonra (sizi) qüvvətin ardından zəif və qoca etdi. O (Allah), dilədiyini yaradar. O, Alimdir, Qadirdir.
Ələsgər Musayev:
Allah – Odur ki, xəlq etdi sizi
zəiflikdən. Sonra etdi sizi zəifliyin ardınca qüvvətli. Sonra etdi
sizi qüvvətliliyin ardınca zəif və saçları ağarmış. O xəlq edər nə
istəyər. O Alimdir, Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah sizi bir zəifdən və qüdrətsizdən (zəif bir varlıqdan–nütfədən) yaratdı, (sizin üçün) zəiflik və gücsüzlükdən sonra (həddi-büluğa yetişdikdən qocalıq çağına kimi fikri və cismi) qüvvə və güc verdi və yenə də (sizdə) qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi. (Bəli,) O, istədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi.
Kövsər Tağıyev:
Allah sizi zəif olaraq yaradan, sonra zəifliyin ardından bir qüvvət verən, sonra qüvvətin ardından bir zəiflik və yaşlılıq verəndir. O, istədiyini yaradar. O, haqqı ilə biləndir, haqqı ilə güc yetirəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi zəif (bir şeydən) [nütfədən] xəlq edən, sizə zəiflik [uşaqlıq] ardınca qüvvət [cavanlıq] verən, qüvvədən sonra taqətsizlik və qocalıq verən Allahdır. O, istədiyini xəlq edir. O, hər şeyi biləndir, hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Allah, sizi zəif olaraq əmələ gətirəndir. Sonra o zəifliyin ardınca qüvvə gətirdi. Sonra o qüvvətin ardından zəiflik və qocalıq gətirdi. O, istədiyini yaradır. Və O, ən yaxşı biləndir, hər şeyə qadirdir.