Əlixan Musayev:
Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına sədd çəkilər. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər.
Bünyadov-Məmmədəliyev:
Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir. (Bir də dünyaya qayıdıb tövbə və iman sahibləri olmaları qeyri-mümkündür). Daha öncə özlərinə bənzər kəslər (kafirlər) barəsində də belə edilmişdir. Çünki onlar da (axirət əzabı barəsində) dərin bir şəkk içində idilər.
Elmir Quliyev
:
Между ними и тем, что они пожелают, будет воздвигнута преграда, что прежде произошло с подобными им. Воистину, они терзались смутными сомнениями.
Ələddin Sultanov:
Artıq daha əvvəl onlara bənzər kimsələrə edildiyi kimi, onlarla arzuladıqları arasına pərdə çəkilmişdir. Həqiqətən, onlar dərin bir şübhə içində idilər.
Kerbelayi Malik ağa:
Daha öncəki şeylərə edildiyi kimi onların istədikləri şeylərin arası ayrıldı. Şübhəsiz ki, onlar şəkk-şübhə içində idilər.
Ələsgər Musayev:
Və onlarla iştaha
etdiklərinin arasına ayrılıq düşər, nə qədər, qabaqcadan onların
həmməsləklərinə ayrılıq düşdü. Həqiqətən, onlar şəkk-şübhədə
oldular!
A.Mehdiyev və D.Cəfərli:
Və (aqibətdə) onların və meylləri və iştahları çəkən şeylər (dünya ləzzətləri) arasında (ölümün vasitəsilə) ayrılıq salındı, necə ki, bundan öncə onların bənzərləri barəsində edilmişdi. Çünki onlar (axirət aləmi barəsində) tərəddüdlü və qaranlıq bir şəkk-şübhə içərisində idilər.
Kövsər Tağıyev:
Eynilə daha əvvəl onların bənzərlərinə edildiyi kimi, onlarla arzu etdikləri arasına bir əngəl qoyulmuşdur. Çünki onlar dərin bir şübhə içində idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Lakin onlarla arzuladıqları şeylər arasına bir maniə çəkildi. Əvvəllər də onlara bənzər kimsələr barəsində belə edilmişdi. Çünki onlar (hamısı) dərin şəkk-şübhə içərisində olmuşlar.
Sabirə Dünyamalıyeva:
Artıq eynilə bundan əvvəl bənzərlərinə olduğu kimi, onlarla arzularının arasına maneə çəkilmişdir. Şübhəsiz ki, onlar qorxudan bir qəti olmayan, əskik məlumat içində idilər.