Zuxruf Surəsi 54. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Firon) öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər.
Bünyadov-Məmmədəliyev:
Beləliklə, (Firon) öz qövmünü yelbeyin (yüngül) yerinə qoydu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər!
Elmir Quliyev :
Он обманул свой народ (или счел свой народ легкомысленным), и они подчинились ему. Воистину, они были людьми нечестивыми.
Ələddin Sultanov:
Beləcə, Firon öz qövmünü xor görüb aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq idilər.
Kerbelayi Malik ağa:
Beləliklə (Firon) qövmünü alçaltdı, qövmü ona itaət etdi. Şübhəsiz ki, onlar fasiq bir qövm oldular.
Ələsgər Musayev:
O, öz qoumunu yüngül saydı onlar ona itaət etdilər. Həqiqətən, onlar fasiq qoum olmuşdular!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə o, öz qövmünü yelbeyin saydı onlar da ona itaət etdilər. Həqiqətən onlar günahkar itaətsiz bir dəstə idilər.
Kövsər Tağıyev:
Firon qövmünü alçaltdı (əzdi). Onlar da ona itaət etdilər. Çünki onlar yoldan çıxmış bir toplum idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə o, öz tayfasını sözlərilə aldatdı, onlar da ona itaət göstərdilər. Doğrudan da onlar yoldan çıxmış adamlar idilər.
Sabirə Dünyamalıyeva:
Firon öz qövmünü təsirsiz, cahil kütlə halına gətirdi, onlar da ona itaət etdilər. Şübhəsiz ki, onlar, haqq yoldan çıxmış kəslərin tayfası idi.