Rəhman Surəsi 54. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Onlar (möminlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək asan olacaqdır (möminlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər).
Elmir Quliyev :
Они будут лежать, прислонившись, на подстилках, выстланных снизу парчой, а свежие плоды этих двух садов будут склоняться низко.
Ələddin Sultanov:
(Cənnət əhli) astarları atlazdan olan döşəklərə söykənəcəklər. Hər iki cənnətin meyvələri (dərə bilmələri üçün onlara) yaxın olacaqdır.
Kerbelayi Malik ağa:
Astarları qalın ipək atlas olan döşəklər üzərinə söykənmişlər. İki cənnətin dəriləcək meyvələri (cənnət əhlinə) yaxındır.
Ələsgər Musayev:
Taxt üzərində mütəkkələrə söykənərlər, hansı ki, fərşlərlə döşənib. O iki bağın meyvələrindən dərmək isə yaxındır.
A.Mehdiyev və D.Cəfərli:
Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər hər iki bağın meyvələri yaxın əlçatan olar!
Kövsər Tağıyev:
Onlar astarları qalın ipəkdən olan döşəklərə söykənərlər. Bu iki cənnətin meyvələri (zəhmət çəkmədən əldə olunacaq qədər) yaxındır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar orada astarı atlas qumaşdan olan döşəklər üzərində dirsəklənəcəklər. Hər iki bağın meyvəsi (onlara) yaxındır.
Sabirə Dünyamalıyeva:
Astarları qalın ipəkdən/atlazdan olan döşəklərə söykənmiş kəslər olaraq, iki cənnətin dərilməsi yaxın olacaq.