Əlixan Musayev:
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!
Elmir Quliyev
:
Воистину, ваш Господь — Аллах, Который сотворил небеса и землю за шесть дней, а затем вознесся на Трон (или утвердился на Троне). Он покрывает ночью день, который поспешно за ней следует. Солнце, луна и звезды — все они покорны Его воле. Несомненно, Он творит и повелевает. Благословен Аллах, Господь миров!
Ələddin Sultanov:
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları Öz əmrinə boyun əymiş bir halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (“İstiva” sözü lüğətdə “hökmranlığı altına almaq, yüksəlmək, ucalmaq” və s. mənalara gəlir. Mütəşabeh ayələrdən olan bu ayədəki istivanın tam olaraq nə mənaya gəldiyi barəsində fərqli fikirlər irəli sürülmüşdür. Digər tərəfdən, göylərin yaradıldığı bir vaxtda, bizim anladığımız iyirmi dörd saatlıq gün mövcud olmadığına görə yuxarıdakı ayədə qeyd edilən altı günə “altı mərhələ, yaxud altı dövr” kimi mənalar verilmişdir.)
Kerbelayi Malik ağa:
Səmaları və yeri altı gündə yaradan şübhəsiz ki, sizin Rəbbiniz Allahdır. Sonra ərşə istiva etdi (ucaldı). Gündüz onu sürətlə təqib edən gecə ilə örtülür. Günəş, ay və ulduzlar Onun əmrinə boyun əymişlər. Yaratmaq və əmir Ona aid deyilmi? Aləmlərin Rəbbi mübarəkdir, şanı ucadır.
Ələsgər Musayev:
Həqiqətən, Rəbbiniz sizin Allahdır – Odur ki, səmaları və ərzi altı gündə xəlq etdi, sonra ərşi üzərində möhkəmləndi. O gecə ilə gündüzü örtər, hansı ki, yorulmadan onun dalınca hərəkət edər. Şəms və qəmər və nəcmlər Onun əmrinə tabedirlər. Ə, məgər yoxmu! Ona məxsusdur xəlq etmək və əmr etmək. Böyükdür, ucadır Allah – Rəbbidir aləmlərin!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir.
Kövsər Tağıyev:
Şübhəsiz, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı mərhələdə) yaradan və Ərşə istiva edən, gecəni, onu sürətlə təqib edən gündüzə qatan, günəşi, ayı və bütün ulduzları əmrinə itaətkar olaraq yaradan Allahdır. Diqqət edin, yaratmaq da, əmr etmək də yalnız Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allahın şəni ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı günə yaradan, sonra isə ərşdə bərqərar olan Allahdır. O, gündüzü durmadan onu axtaran gecə ilə örtüb bürüyür. Əmrinə tabe olan günəşi, ayı, ulduzları da (O yaratmışdır). Bəli, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah necə də böyükdür!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, sizin Rəbbiniz, göyləri və yeri altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üstündə hökmranlığını quran, gündüzü, dayanmadan sürətlə təqib edən gecə ilə bürüyən və günəşi, ayı, ulduzları əmrinə boyun əymiş olaraq yaradan Allahdır. Yaxşı bilin ki, əmələ gətirmək və sistemlər quraraq onları işlətmək sadəcə Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah, nə qədər də xeyirxahdır!