İsra Surəsi 55. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbiniz göylərdə yerdə olanları çox yaxşı tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik Davuda Zəbur verdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Rəbbin göylərdə yerdə olanları (Özünün bütün yaratdıqlarını) çox gözəl tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik Davuda Zəbur verdik.
Elmir Quliyev :
Твоему Господу лучше знать тех, кто на небесах и на земле. Одним пророкам Мы отдали предпочтение над другими. А Давуду (Давиду) Мы даровали Забур (Псалтирь).
Ələddin Sultanov:
Rəbbin göylərdə yerdə olanları da çox yaxşı tanıyır. Şübhəsiz, Biz peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Davuda da Zəburu verdik. (Peyğəmbərlər arasındakı dərəcə fərqliliyi maddi fiziki cəhətdən deyil, ruhi mənəvi cəhətdəndir. Ayədə Həzrət Davud peyğəmbərə Zəbur kitabının verildiyi bildirilərək bu xüsusa diqqət çəkilmişdir.)
Kerbelayi Malik ağa:
Rəbbin səmalarda (7 qat göylərdə) yer üzündə olan kimsələri yaxşı bilir. And olsun ki, nəbilərin bəzisini bəzisindən üstün etdik. Davuda (ə.s) Zəburu verdik.
Ələsgər Musayev:
Rəbbin yaxşı bilir o kəsi ki, səmalarda ərzdədir Biz fəzilətli etdik bəzi nəbiləri bəzilərindən Davuda Zəburu əta etdik.
A.Mehdiyev və D.Cəfərli:
Sənin Rəbbin göylərdə yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə kitabda) bəzisindən üstün etdik Davuda Zəbur verdik.
Kövsər Tağıyev:
Rəbbin göylərdə yerdə kim varsa çox yaxşı bilir. And olsun, peyğəmbərlərin bəzisini bəzisindən üstün etdik. Davuda da Zəburu verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Senin Rəbbin göylərdə yerdə olan kəsləri çox yaxşı tanıyır. Biz bəzi peyğəmbərlərə başqalarına nisbətən üstünlük verdik Davuda Zəburu bəxş etdik.
Sabirə Dünyamalıyeva:
Rəbbin göylərdə yerdə olan kəsləri ən yaxşı biləndir. and olsun ki, Biz peyğəmbərlərin bəzisini bəzisindən artıq etdik. Biz, Davuda da Zəburu verdik.