Kəhf Surəsi 55. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirmələrinə Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu.
Bünyadov-Məmmədəliyev:
İnsanlara (Məkkə müşriklərinə) doğru yol göstərən bir rəhbər (peyğəmbər, Allah kəlamı) gəldiyi zaman ona iman gətirməyə Rəbbindən bağışlanmalarını diləməyə mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin (adətimiz üzrə əvvəlki ümmətləri düçar etdiyimiz müsibətlərin) onların da başına gəlməsini, yaxud da gözləri baxa-baxa əzabın gəlib onlara yetişməsini gözləməlidirlər.
Elmir Quliyev :
Что же помешало людям уверовать, когда к ним явилось верное руководство, и попросить прощения у своего Господа, если не стремление к участи первых поколений и мучениям, которые предстанут перед ними лицом к лицу?
Ələddin Sultanov:
Özlərinə doğru yol göstərən rəhbər gəldiyi zaman insanların iman gətirməsinə Rəbbindən bağışlanmalarını diləməsinə mane olan, sadəcə, əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud göz görə-görə əzabın gəlməsini gözləmələridir.
Kerbelayi Malik ağa:
İnsanlara onlara hidayət gəldiyi (hidayətə dəvət edildikləri) zaman Rəblərindən məğfirət diləməyə mömin olmağa mane olan səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların başına gəlməməsi ya əzabla qarşı-qarşıya qalmamalarıdır.
Ələsgər Musayev:
Mane oldu insanlara ki, iman gətirələr onda ki, gəldi onlar üçün hidayət Rəblərindən bağışlanmaq istəyələr, ancaq ki, əvvəlkilərin sünnəti onlara gələ, ya da əzab onlara müqabil gələ.
A.Mehdiyev və D.Cəfərli:
İnsanlara hidayət (peyğəmbər, kitab möcüzələr) gələn zaman, onların iman gətirmələrinə özlərinin Rəbbindən bağışlanma diləmələrinə (inadkarlıqlarından, sanki göydən gələn səs zəlzələ kimi Allahın) keçmişdəkilərin (barəsində həyata keçmiş ənənəvi) qaydasının (hamılıqla həlak olmaq üçün) onlara da çatmasını ya (məcburi iman gətirmələri üçün) onların qarşılarına əzab çıxmasını gözləmələrindən başqa bir şey mane olmadı.
Kövsər Tağıyev:
İnsanlara hidayət gəldikdən sonra onların iman etmələrinə Rəblərindən məğfirət diləmələrinə mane olan, yalnız əvvəlkilərin başına gələnlərin öz başlarına da gəlməsini ya əzabın onlara göz görə-görə gəlməsini gözləmələri olmuşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlara düz yol göstəricisi gələn zaman ona iman gətirmələrinə öz Rəbbindən bağışlama diləmələrinə mane olan şey əvvəlkilərin başına gələnlərin onlara da üz verməsini, yaxud hər cür əzabın onlara birbaşa gəlməsini (gözləmələridir).
Sabirə Dünyamalıyeva:
özlərinə doğru yol [kitab, elçi] gəldiyi zaman, insanların iman etmələrinə Rəbbindən günahlarının bağışlanmasını diləmələrinə mane olan şey, ancaq "keçmişdəkilərin başına gələnlərin onlara da gəlməsini yaxud da onlara əzabın gəlməsini" [gözləmələridir].