Əlixan Musayev:
O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu.
Bünyadov-Məmmədəliyev:
(Və yadınıza salın ki) siz: “Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”,- dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu.
Elmir Quliyev
:
Вот вы сказали: "О Муса (Моисей)! Мы не поверим тебе, пока не увидим Аллаха открыто". Вас постигла смерть, и вы наблюдали за этим.
Ələddin Sultanov:
Bir zaman siz: “Ey Musa, Allahı açıq-aşkar görməyincə əsla sənə inanmayacağıq!” - demişdiniz. O anda gözünüz görə-görə sizi ildırım vurmuşdu.
Kerbelayi Malik ağa:
‘Ey Musa! Biz Allahı açıq-aşkar görmədikcə, əsla sənə inanmarıq.’ demişdiniz. Bunun üzərinə sizi ildırım vurdu. Siz də (bunu) görürdünüz.
Ələsgər Musayev:
Onda dediniz: «Ay
Musa, inanmarıq sənə, ta görək Allahı açıqca». Və götürdü sizi
ildırım və siz nəzər salırdınız.
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, Allahı aşkar surətdə görməyincə, sənə əsla iman gətirməyəcəyik.» Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu.
Kövsər Tağıyev:
Bir vaxt siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görmədikcə sənə əsla inanmarıq”, – demişdiniz. Belə olduqda gözünüz görə-görə sizi ildırım vurmuşdu.
M.Qənioğlu və T.Bilaloğlu:
Onda siz dediniz: "Ey Musa, biz Allahı açıq-aşkar görməyincə, sənə inanmarıq." O an sizi gözünüz görə-görə ildırım vurdu.
Sabirə Dünyamalıyeva:
Bir zamanlar da siz: "Ey Musa! Biz, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq" demişdiniz və belə olduqda, gözünüz görə-görə sizi ildırım vurmuşdu.