Əlixan Musayev:
Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”– demişdilər.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)” – deyə soruşduqda
Elmir Quliyev
:
Они сказали: "Ты принес нам истину, или же ты забавляешься?"
Ələddin Sultanov:
Onlar: “Bizə haqqı gətirmisən, yoxsa (bizimlə) oyun oynayırsan?” - demişdilər.
Kerbelayi Malik ağa:
‘Sən bizə haqqımı gətirdin yoxsa sən bizimlə oyunmu oynayırsan?’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ə, sən gəldin haqq ilə,
yoxsa oyunbazlardansan?»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Bizə haqq bir mətləb gətirmisən (bu sözləri ciddi deyirsən) yoxsa zarafat edirsən?!»
Kövsər Tağıyev:
“Bizə haqqı gətirdin, yoxsa bizi ələ salırsan?” – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: “Doğrudanmı sən bizə haqqı gətirdin, yoxsa oyunbazlardan birisən?"
Sabirə Dünyamalıyeva:
Onlar: "Sən bizə haqqı gətirdin, yoxsa sən oyun oynayırsan?" dedilər.