Əlixan Musayev:
Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üstünü alanadək, yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək, (Quran) barəsində şəkk-şübhə içində qalarlar.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar isə qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud heç bir xeyri olmayan (səmərəsiz) bir günün (onların kökünü kəsəcək Bədr vuruşunun) əzabı onlara gəlib yetişənədək (Quran barəsində) şəkk-şübhədə olmaqda davam edəcəklər.
Elmir Quliyev
:
А неверующие не перестанут сомневаться в нем, пока не нагрянет внезапно Час или пока не постигнут их мучения в бесплодный день.
Ələddin Sultanov:
İnkar edənlər isə, (qiyamət və ya ölüm) vaxtı qəflətən onlara gələnə, yaxud faydasız bir günün əzabı onlara gəlib çatana qədər ondan (Qurandan) şübhə etməyə davam edəcəklər.
Kerbelayi Malik ağa:
O saat (qiyamət saatı) qəflətən onlara gələnə və ya səmərəsiz günün (ölüm gününün) əzabı onlara gələnə qədər kafirlərin ondan şübhəsi yox olmaz.
Ələsgər Musayev:
Kafirlərin ondan olan
şübhəsi isə aradan getməz, ta yetişə onlara saat qəflətən, ya da
yetişə onlara əqim günün əzabı.
A.Mehdiyev və D.Cəfərli:
(Qüreyş kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün (heç bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Qur’anın və ya sənin peyğəmbərliyinin) barəsində şübhə və tərəddüddə olarlar.
Kövsər Tağıyev:
İnkar edənlər qiyamət onlara qəflətən yetişənədək və ya qısır bir günün əzabı gəlib onlara çatanadək o Qur`an barəsində bir şübhə içində qalarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Nə qədər ki, kafirlərə qiyamət günü qəflətən gəlməyib, faydasız günün əzabı gəlməyib, onlar onun [Quranın] barəsində şəkk-şübhə içərisində qalarlar.
Sabirə Dünyamalıyeva:
Küfr işləyən; Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər də, qəflətən qiyamətin qopduğu an və yaxud qısır [yararsız, səmərəsiz] bir günün əzabı onlara gəlib çatana kimi, Quran barədə şübhə içində olmağa davam edəcəklər.