Əlixan Musayev:
O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. (Allah) deyəcəkdir: “Etdiyiniz əməllərin (cəzasını) dadın!”
Bünyadov-Məmmədəliyev:
O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. (Allah) onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” – deyə buyuracaqdır.
Elmir Quliyev
:
В тот день мучения покроют их сверху и из-под ног. Он скажет: "Вкусите то, что вы совершали!"
Ələddin Sultanov:
O gün əzab onları həm üstlərindən, həm də ayaqlarının altından bürüyəcək və (əzab mələyi onlara:) “Etdiklərinizin cəzasını dadın!” - deyəcəkdir.
Kerbelayi Malik ağa:
O gün əzab üstlərindən və ayaqlarının altından onları bürüyəcək. (Allah) ‘Etmiş olduğunuz əməllərin cəzasını dadın!’ deyəcək.
Ələsgər Musayev:
O gün ki, bürüyəcək onları əzab fövqlərindən və ayaqları altından və deyəcək O: «Dadın nə ki, oldunuz əməllilər!»
A.Mehdiyev və D.Cəfərli:
O gün ki, əzab onları başları üstündən və ayaqları altından bürüyəcəkdir, deyəcəkdir: «Etdiklərinizin cəzasını (yaxud o əqidə və əməlin eynilə təcəssümünü) dadın».
Kövsər Tağıyev:
Halbuki əzab kafirləri üstlərindən və ayaqlarının altından saracağı gün şübhəsiz, cəhənnəm onları mütləq bürüyəcək. Allah onlara: “Etdiklərinizin cəzasını dadın!” – deyəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
O gün əzab onları başlarının üstündən və ayaqlarının altından onları bürüyəcək və Allah: "Törətdiyiniz əməllərin (cəzasını) dadınl" - deyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, cəhənnəm, həqiqətən onları üstlərindən və ayaqlarının altından bürüyəndə, kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənləri] qaplayacaq. Və O: "İşlədiyiniz əməlləri dadın!" deyəcək.