Əlixan Musayev:
O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.
Bünyadov-Məmmədəliyev:
O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!
Elmir Quliyev
:
Вот сказал Аллах: "О Иса (Иисус)! Я упокою тебя и вознесу тебя к Себе. Я очищу тебя от тех, кто не уверовал, а тех, которые последовали за тобой, возвышу до самого Дня воскресения над теми, которые не уверовали. Затем вам предстоит вернуться ко Мне, и Я рассужу между вами в том, в чем вы разошлись во мнениях.
Ələddin Sultanov:
O zaman Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin ruhunu alacağam və səni Öz dərgahıma qaldırıb kafirlərdən uzaqlaşdıracağam. Sənə tabe olanları da qiyamət gününə qədər kafirlərdən üstün tutacağam.Sonra qayıdışınız Mənədir və ixtilaf etdiyiniz şeylər barəsində aranızda hökm verəcəyəm!”
Kerbelayi Malik ağa:
Allah belə buyurmuşdu: ‘Ey İsa! Şübhəsiz ki, səni vəfat etdirəcək olan və səni Özümə (hüzuruma) yüksəldəcək və kafirlərdən təmizləyəcək olan Mənəm. Sənə tabe olanları qiyamət gününə qədər kafirlərdən üstün edəcək olan Mənəm. Sonra sizin dönüşünüz Mənədir. O zaman sizin ixtilaf etmiş olduğunuz şeylər haqqında aranızda hökm verəcəm.’
Ələsgər Musayev:
Onda dedi Allah: «Ay Isa! Həqiqətən, Mən vəfatını səni
və ucaldaram səni Özümə tərəf və pak edərəm səni o kəslərdən
ki, kafirdirlər və edərəm o kəsləri ki, tabedirlər sənə, fövqündə
o kəslərin ki, kafirdirlər, tərəfinə qiyamətin gününün. Sonra
Mənə tərəf müraciət edəcəksiniz və Mən hökm edərəm
aranızda sizin, nədə ki, oldunuz ixtilafda.
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o zaman(?) ki, Allah dedi: «Ey Isa, h?qiq?t?n, M?n s?ni (camaat?n aras?ndan) gotur?c?k, Ozum? t?r?f qald?racaq, kufr ed?n k?sl?rd?n (onlar?n c?miyy?tl?rinin cirkinlikl?rind?n) paklasd?racaq v? Qiyam?t? kimi s?n? tabe olanlar? (son ilahi islahatc?n?n zuhurunad?k xristianlar?, ondan sonra is? mus?lmanlar?) kafirl?rd?n (y?hudil?rd?n) ustun ed?c?y?m. Sonra is? sizin qay?d?s?n?z (axir?td?) M?n? t?r?fdir. Bel?likl?, sizin aran?zda haqq?nda ixtilafda oldugunuz sey bar?sind? hokm c?xaracagam.»
Kövsər Tağıyev:
Bir vaxt Allah belə buyurdu: “Ey İsa! Şübhəsiz ki, sənin həyatına mən son verəcəyəm. Səni özümə yüksəldəcəyəm. Səni inkar edənlərdən qurtararaq təmizləyəcəyəm və sənə tabe olanları qiyamətə qədər küfrə düşənlərdən üstün tutacağam. Sonra qayıdışınız yalnız mənədir. İxtilafa düşdüyünüz şeylər haqqında aranızda mən hökm verəcəyəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Allah dedi: "Ey İsa! Mən sənin ömrünü tamamlayıb Öz dərgahıma qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri qiyamət gününə qədər kafirlər üzərində (qalib) edəcəyəm. Sonra isə siz Mənim hüzuruma qayıdacaqsınız və Mən ixtilafda olduğunuz məsələlər barəsində aranızda hökm verəcəyəm.
Sabirə Dünyamalıyeva:
Bir vaxt Allah demişdi: "Ey İsa! Şübhəsiz ki, Mən sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırladanam/səni öldürənəm, səni Öz dərgahıma qaldıranam və səni kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərdən] təmizləyənəm. Və sənə tabe olan kəsləri, qiyamətə qədər kafirlərdən [Allah’ın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərdən] üstün edənəm. Sonra qayıdışınız yalnız Mənə olacaq. Sonra da ixtilafa düşdüyünüz şeylərdə aranızda hökm verəcəyəm.