Əlixan Musayev:
Qadınlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları kölə və cariyələri yanında (hicab geyməmələrində) heç bir günah yoxdur. (Ey qadınlar,) Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
Bünyadov-Məmmədəliyev:
Onlara (Peyğəmbərin və möminlərin övrətlərinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları kölə və cariyələr barədə (onlara görünmək, onlarla söhbət etmək xüsusunda) heç bir günah yoxdur. (Siz ey qadınlar!) Allahdan qorxun! (Onun sizə buyurduqlarına əməl edin!) Şübhəsiz ki, Allah hər şeyə şahiddir!
Elmir Quliyev
:
На них (женах Пророка) не будет греха, если они будут без покрывала перед их отцами, их сыновьями, их братьями, сыновьями их братьев, сыновьями их сестер , своими женщинами и невольниками, которыми овладели их десницы. Бойтесь Аллаха, ведь Аллах — Свидетель всякой вещи.
Ələddin Sultanov:
Onlara (mömin qadınlara) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, (mömin) qadınlar və kölələrinə görə (onların yanında hicab geyinməmələrinə görə) heç bir günah yoxdur. Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
Kerbelayi Malik ağa:
Onların atalarına, oğullarına, qardaşlarına, qardaşlarının oğullarına, bacılarının oğullarına, qadınlara və əllərinin altında malik olduqları (cariyələrə) görünmək barədə heç bir günah yoxdur. Allaha qarşı təqva sahibi olun. Şübhəsiz ki, Allah, hər şeyə şahiddir.
Ələsgər Musayev:
Yoxdur günah onların üzərində atalarına və oğullarına və
oğullarına və qardaşları və bacıları oğullarına və onların
qadınlarına və əlləri altında olan kəniz xidmətçilərə görə.
Qorxun Allahdan! Həqiqətən, oldu Allah külli şey üzərində
Şahid!
A.Mehdiyev və D.Cəfərli:
Peyğəmbərin zövcələrinə (və digər qadınlara) ataları(nın), oğulları(nın), qardaşları(nın), qardaşı oğullarının, bacısı oğullarının, özləri tək qadınlar(ın) və malik olduqları kənizlər(in) (yanında hicabı tərk etmək)də heç bir günah yoxdur. Allahdan qorxun (siz ey qadınlar), çünki Allah həmişə hər şeyə nəzarət edən və şahiddir.
Kövsər Tağıyev:
Siz bir şeyi aşkara vursanız da, gizləsəniz də, bilin ki, Allah hər şeyi haqqı ilə biləndir. Peyğəmbərin xanımlarına atalarından, oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, mömin qadınlardan və sahib olduqları cariyələrdən ötrü heç bir günah yoxdur. Ey Peyğəmbər xanımları! Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allah hər şeyə haqqı ilə şahiddir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [peyğəmbərin övrətləri] üçün ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, başqa mömin qadınlar və sahib olduqları kölə və cariyələrə görünmələrində heç bir günah yoxdur. Allahdan qorxun, həqiqətən Allah hər şeyə şahiddir.
Sabirə Dünyamalıyeva:
Peyğəmbərin zövcələrinə ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar və müqavilələrinin sahib olduğu kəslər barədə bir günah yoxdur. -Və siz/Peyğəmbərin zövcələri, Allahın mühafizəsi altına daxil olun.- Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.