Əlixan Musayev:
Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.
Elmir Quliyev
:
Пусть не восхищают тебя их имущество и дети. Аллах желает только наказать их детьми и имуществом в мирской жизни, дабы они расстались со своими душами неверующими.
Ələddin Sultanov:
Onların malları və övladları səni imrəndirməsin! Həqiqətən, Allah bunlar vasitəsilə onlara dünya həyatında əzab vermək və kafir olaraq can vermələrini istəyir.
Kerbelayi Malik ağa:
Artıq onların malları və övladları sənin xoşuna gəlməsin. Allah dünya həyatında onları, bunlarla əzablandırmağı və onların canlarının kafir olaraq çıxmasını istəyər.
Ələsgər Musayev:
Onların malı və övladı səni təəccübə gətirməsin,
həqiqətən, Allah istəyir onları dünya həyatında bununla əzab
etsin və canları çıxsın o halda ki, kafirdirlər.
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
Kövsər Tağıyev:
Onların malları və övladları sənə xoş gəlməsin. Allah bununla ancaq onlara dünya həyatında əzab verməyi və canlarının kafir olaraq çıxmasını istəyir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy onların nə mal-dövləti, nə də övladları səni təəccübləndirsin. Allah istəyir ki, bunlarla bu dünya həyatında onlara əzab versin və onlar kafir olduqları halda canlan çətinliklə çıxsın.
Sabirə Dünyamalıyeva:
Elə isə, onların malları və övladları sənin qibtənə səbəb olmasın. Ancaq Allah bunların vasitəsi ilə onları bəsit dünya həyatında cəzalandırmaq, onların canlarını onlar kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəslər olduqları halda almaq istəyir.