Hud Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən, Rəbbim Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.
Bünyadov-Məmmədəliyev:
Mən özümün sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını öz əməli müqabilində verir. Heç kəsin haqqını tapdalayıb mükafatını azaltmır. Möminə Cənnət, kafirə isə Cəhənnəm qismət edir).
Elmir Quliyev :
Воистину, я уповаю на Аллаха, моего Господа и вашего Господа. Нет ни одного живого существа, которого бы Он не держал за чуб. Воистину, мой Господь на прямом пути.
Ələddin Sultanov:
Şübhəsiz, mənim də, sizin Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır. (Bu ayədəki “kəkilindən tutmaq” ifadəsi ilə hər bir canlının idarəsi hakimiyyətinin Allahın əlində olduğu nəzərdə tutulmuşdur. Allahın doğru yolda olması isə, ədalətli olması kimi izah edilmişdir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, mən mənim sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı məxluq (dabbə) yoxdur ki, O, onun kəkilindən tutmuş olmasın. Şübhəsiz ki, mənim Rəbbim Sirati Müstəqimin üzərindədir.
Ələsgər Musayev:
Həqiqətən, mən Allaha təvəkkül etdim Rəbbimə Rəbbinizə sizin. Canlılardan elə biri yoxdur ki, O onun alnından tutmasın. Həqiqətən, Rəbbim düz yolun üzərindədir!
A.Mehdiyev və D.Cəfərli:
«Həqiqətən, mən öz Rəbbim sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir hərəkət edən yoxdur ki, alını (vücudu) Onun ovcunda (ixtiyarında) olmasın. Həqiqətən Rəbbim doğru yoldadır (yaradılış aləminin işlərinin idarə olunmasında ədalət hikmət əsasında davranır)».
Kövsər Tağıyev:
“Mən həm mənim, həm sizin Rəbbiniz olan Allaha bel bağlamışam. Yer üzündə olan elə bir canlı yoxdur ki, Allah onun pərçimindən yapışmasın. Şübhəsiz, Rəbbim doğru bir yoldadır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən Rəbbim Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, ixtiyarı tamamilə Onun əlində olmasın. Axı Rəbbim düz yol üzərindədir (Onun yolu düzdür)".
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, mən, həqiqətən, mənim Rəbbim olan, sizin Rəbbiniz olan Allaha işin nəticəsini tapşırdım. İrili-xırdalı, hərəkət edən heç bir canlı yoxdur ki, O [Allah], onu kəkilindən tutub sorğuya çəkməsin. Şübhəsiz ki, mənim Rəbbim doğru bir yoldadır.