Yusif Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik yaxşı görənlərin mükafatını əsirgəmirik.
Bünyadov-Məmmədəliyev:
Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.
Elmir Quliyev :
Так Мы наделили Йусуфа (Иосифа) властью на земле. Он мог поселиться там, где желал. Мы одаряем Своей милостью, кого пожелаем, и не теряем вознаграждения творящих добро.
Ələddin Sultanov:
Beləliklə, Yusifi o yerdə yüksək mövqe sahibi etdik. O, istədiyi yerdə qalırdı (və istədiyi kimi hərəkət edirdi). Biz, dilədiyimiz kimsəyə rəhmətimizi çatdırarıq gözəl əməl sahiblərinin mükafatını zay etmərik.
Kerbelayi Malik ağa:
Beləcə Yusif(ə.s)i yer üzündə yerləşdirdik (məqam sahibi etdik). Orada istədiyi yerdə yerləşdi. Dilədiyimiz kimsəyə rəhmətimizi göndərərik muhsinlərin əcrini (mükafatını) zay etmərik.
Ələsgər Musayev:
Beləliklə Yusifə ərzdə məkan verdik, harada istəyir sakin olsun. Biz kimə istəsək rəhmətimizi nəsib edərik yaxşıların əcrini zay etmərik.
A.Mehdiyev və D.Cəfərli:
beləcə Yusufa o ölkədə (elə) qüdrət imkan verdik ki, o, oranın istədiyi yerində məskunlaşırdı. Biz öz rəhmətimizi istədiyimiz şəxsə yetiririk yaxşı görənlərin mükafatını əsla zay etmirik.
Kövsər Tağıyev:
Beləliklə, Yusufa ölkədə istədiyi yerdə qalıb istədiyini edəcəyi bir imkan iqtidar verdik. Biz rəhmətimizi istədiyimizə verərik yaxşı işlər görənlərin mükafatını hədər etmərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə Biz Yusufu bu yerdə bərqərar etdik ki, o, istədiyi yerdə qala bilsin. Biz Öz mərhəmətimizi istədiyimiz kəsə verərik yaxşı görənlərin haqqını itirmərik.
Sabirə Dünyamalıyeva:
Biz bax beləcə Yusif üçün O yerdə iqtidar; ölkənin idarə edilməsi vəzifəsini verdik. Harada istəsə orada mənzil salırdı. Biz mərhəmətimizi istədiyimiz şəxsə nəsib edirik. yaxşılıq edənlərin mükafatını itirmərik.