Əlixan Musayev:
De: “Allahdan başqa tanrı saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər”.
Bünyadov-Məmmədəliyev:
De: “(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!”
Elmir Quliyev
:
Скажи: "Взывайте к тем, кого вы считаете богами наряду с Ним. Они не властны отвратить от вас беду или перенести ее на другого".
Ələddin Sultanov:
De: “Allahı qoyub (ilah olduğunu) iddia etdiklərinizi çağırın! Onlar zərəri sizdən nə uzaqlaşdıra bilər, nə də onu dəyişdirə bilərlər”.
Kerbelayi Malik ağa:
(Onlara) de ki: ‘Allahdan başqa ilah zənn etdiklərinizi çağırın.’ Halbuki onlar sizdən bir sıxıntını yox etməyə və onu dəyişdirmə gücünə malik (sahib) deyildirlər.
Ələsgər Musayev:
De: «Çağırın o kəsləri ki, zənn
edirdiniz Ondan başqa. Onlar malik deyillər şəfa edib zərəri
sizdən götürsünlər və dəyişə də bilməzlər!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər.»
Kövsər Tağıyev:
De ki: “Onu buraxıb ilah deyə iddia etdiklərinizi çağırın. Onlar başınızdakı müsibəti nə aradan qaldıra bilərlər, nə də dəyişdirə bilərlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Siz Allahdan başqa tanrı güman etdiklərinizi [bütləri] çağırın. Onlar bəlanı üzərinizdən nə götürər, nə de sovuşdura bilərlər."
Sabirə Dünyamalıyeva:
De ki: "Allahın altındakılardan, məbud olduğunu iddia etdiyiniz şeyləri çağırın. Görəcəksiniz ki, onlar sizdən çətinliyi uzaqlaşdırmağa və dəyişdirməyə qadir deyil.