Əlixan Musayev:
Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil (dəlilləri )ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər.
Bünyadov-Məmmədəliyev:
Biz peyğəmbərləri yalnız (möminlərə Cənnətlə) müjdə verənlər və (kafirləri cəhənnəm əzabı ilə) qorxudanlar (xəbərdar edənlər) olaraq göndərdik. Kafirlər isə batil (sözləri) ilə haqqı (Quranı) yalana çıxartmaq məqsədilə (Peyğəmbərlə boş-boşuna) mübahisə aparırlar. Onlar Mənim ayələrimi və (Peyğəmbər vasitəsilə) qorxudulduqları əzabı məsxərəyə qoyurlar.
Elmir Quliyev
:
Мы отправляем посланников только добрыми вестниками и предостерегающими увещевателями. Однако неверующие препираются посредством лживых доводов, чтобы опровергнуть ими истину, и насмехаются над Моими знамениями и тем, от чего их предостерегают.
Ələddin Sultanov:
Biz peyğəmbərləri yalnız müjdə verən və xəbərdar edən olaraq göndərdik. Kafirlər isə haqqı (Quranı) ortadan qaldırmaq üçün batil vasitəsilə mübarizə aparırlar. Onlar Mənim ayələrimi və xəbərdar edildikləri şeyi məsxərəyə qoydular.
Kerbelayi Malik ağa:
Biz rəsulları yalnız müjdələyici və xəbərdaredici olaraq göndərərik. Kafirlər isə haqqı batillə yox etmək üçün mübarizə edərlər. Ayələrimi və xəbərdar edildikləri şeyləri lağa qoyarlar.
Ələsgər Musayev:
Biz mürsəlləri göndəririk, ancaq bəşarət verən və
nəzərə çatdıran. O kəslər ki, kafirdirlər, mücadilə edirlər batillə
haqqı aradan aparmaq üçün və ayətlərimi və nə ki, nəzərinə
çatdırılıb, əyləncəyə tuturlar.
A.Mehdiyev və D.Cəfərli:
Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindəndir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Qur’anı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.
Kövsər Tağıyev:
Biz peyğəmbərləri ancaq müjdələyən və xəbərdar edənlər olaraq göndəririk. İnkar edənlər isə haqqı batillə boşa çıxarmaq üçün mücadilə edirlər. Ayələrimi və onlara edilən xəbərdarlıqları məsxərəyə qoyurlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz peyğəmbərləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər sifətilə göndərdik. Kafirlər isə haqqı batillə aradan götürmək üçün mübahisə edirlər. Onlar Mənim ayələrimi və xəbərdar edildikləri (əzabı) məsxərəyə qoyurlar.
Sabirə Dünyamalıyeva:
Və Biz, elçiləri ancaq müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] də haqqı batillə ləğv etmək/aradan götürmək üçün mübarizə edirlər. Və onlar ayələrimizi və təhdid edildikləri şeyləri məsxərəyə qoydular.