Ənbiya Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(İbrahim) demişdi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin Rəbbidir. Mən buna şahidlik edənlər­­dənəm.
Bünyadov-Məmmədəliyev:
(İbrahim) belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin yerin Rəbbidir ki, onları yaratmışdır. Mən buna şahidlik edənlərdənəm!
Elmir Quliyev :
Он сказал: нет! Ваш Господь Господь небес и земли, Который создал их. Я же являюсь одним из тех, кто свидетельствует об этом".
Ələddin Sultanov:
İbrahim isə belə demişdi: “Xeyr! Rəbbiniz, yaratdığı göylərin yerin Rəbbidir. Mən buna şahidlik edənlərdənəm.
Kerbelayi Malik ağa:
‘Xeyr sizin Rəbbiniz səmaların, yerin Rəbbidir onları yaradandır. Mən buna şahid olanlardanam.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Bəli, sizin Rəbbiniz- Rəbbidir səmaların ərzin - Odur ki, yaratdı onları mən bunun üzərində şahidlərdənəm.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «(Zarafat etmirəm,) əksinə, sizin Rəbbiniz göylərin yerin onları yaratmış Rəbbidir (sizin, göylərin yerin ayrı-ayrı tanrı rəbbinin olması, Allah-təalanın isə Rəbbul-ərbab olması xülyası tamamilə səhvdir). Mən bu həqiqətə şəhadət verənlərdənəm.
Kövsər Tağıyev:
İbrahim dedi ki: “Xeyr, Rəbbiniz göylərin yerin Rəbbidir. O, bunları yaradandır mən buna şahidlik edənlərdənəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: “Xeyr, sizin Rəbbiniz göyləri yeri yaradan Rəbbdir mən buna şahidlərdənəm.
Sabirə Dünyamalıyeva:
İbrahim dedi ki: "Əksinə, Rəbbiniz göylərin yerin Rəbbidir, onları O, yoxdan yaratmışdır. Mən buna şahidlik edənlərdənəm.