Qəsəs Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir! (Və buna görə onları haqq yola müvəffəq edir!)
Elmir Quliyev :
Воистину, ты не сможешь наставить на прямой путь тех, кого возлюбил. Только Аллах наставляет на прямой путь тех, кого пожелает. Он лучше знает тех, кто следует прямым путем.
Ələddin Sultanov:
Sən istədiyini doğru yola yönəldə bilməzsən. Lakin Allah dilədiyini doğru yola yönəldər. Doğru yola yönələnləri ən yaxşı bilən Odur.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sən sevdiyin kimsəni hidayətə ərdirə bilməzsən. Lakin Allah dilədiyini hidayətə ərdirər. O, muhtədiləri (hidayətə ərənləri) daha yaxşı bilir.
Ələsgər Musayev:
H?qiq?t?n, s?n hiday?t etmirs?n m?h?bb?t b?sl?diyin kims?ni v? lakin Allah hiday?t edir kimi ist?s?. O yaxs? bilir hiday?t olunanlar?.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Şübhəsiz, sən özün istədiyin hər bir kəsi doğru yola yönəldə bilməzsən (onun qəlbini haqqa yönəldə bilməzsən, çünki sənin vəzifən yolu göstərməkdir). Lakin Allah istədiyi hər bir kəsi imana çatdırır (onu düz yola yönəldir) O, doğru yola istedadı (qabiliyyəti) olanları daha yaxşı bilir.
Kövsər Tağıyev:
Doğrusu, sən sevdiyin kimsəni doğru yola yönəldə bilməzsən. Lakin Allah istədiyini doğru yola yönəldər. O, doğru yolu tutacaq kimsələri daha yaxşı bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən istədiyin kəsə düz yol göstərə bilməzsən. Lakin Allah istədiyi kəsə düz yol göstərir düz yolla gedəcək kəsləri O, yaxşı tanıyır.
Sabirə Dünyamalıyeva:
Həqiqətən sən istədiyini doğru yola yönəldə bilməzsən; amma Allah istədiyinə doğru yolu göstərər O, göstərilən doğru yolu qəbul edəcək olanları daha yaxşı bilir.