Rum Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bilik iman nəsib edilmiş kimsələr isə deyəcəklər: “Siz (orada) Allahın yazısı ilə Dirilmə gününə qədər qaldınız. Bu (gün), məhz Dirilmə günüdür, lakin siz (bunu) bilmirdiniz”.
Bünyadov-Məmmədəliyev:
Elm iman sahibləri isə belə deyərlər: “Siz (qəbirlərinizdə) Allahın Kitabında (əzəli elmində yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi) qiyamət günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!”
Elmir Quliyev :
А те, кому дарованы знание и вера, скажут: соответствии с предписанием Аллаха вы пробыли там до Дня воскресения. Это и есть День воскресения, но вы не знали этого".
Ələddin Sultanov:
Elm iman verilənlər isə (o günahkarlara) belə deyəcəklər: “And olsun ki, Allahın Kitabında (hökm verildiyi kimi) diriliş gününə qədər qaldınız. Bax bu, diriliş günüdür! Lakin siz onu inkar edirdiniz”.
Kerbelayi Malik ağa:
Elm iman verilənlər: ‘And olsun ki, Allahın Kitabındakı bəas (yenidən diriliş) gününə qədər (məzarda) qaldınız.’ dedilər. Bu bəas (yenidən diriliş) günüdür. Lakin siz bilmirdiniz.
Ələsgər Musayev:
dedi o kəslər ki, əta olunmuşdu onlara elm iman: «Əlbəttə, qaldınız siz yazısında Allahın dirilərək qalxma gününə qədər. Budur qalxma günü, lakin siz bilmirdiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Elm iman verilmiş kəslər (peyğəmbərlər, övliyalar mələklər) isə deyərlər: «Siz, şübhəsiz, Allahın kitabına (Lövhi-Məhfuz Qur’ani-Məcidə) əsasən (o aləmdə) dirilmə gününə qədər qaldınız. Budur dirilmə Qiyamət günü. Lakin siz (Bərzəx aləmini keçirəcəyinizi) bilmirdiniz (və Qiyamətin haqq olduğuna inanmırdınız).
Kövsər Tağıyev:
Elm iman verilənlər isə onlara belə deyəcəklər: “And olsun, siz Allahın yazısına görə yenidən dirilmə gününə qədər qaldınız. Bu, yenidən dirilmə günüdür. Lakin siz bilmirdiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilik iman bəxş olunanlar isə deyəcəklər: "Allahın yazısı ilə siz dirildilmə gününə qədər (orada) qaldınız. Bu da dirildilmə günü! Lakin siz (dünyada olarkən bunu) bilmirdiniz.
Sabirə Dünyamalıyeva:
Elm iman verilən kəslər deyəcəklər ki: "And olsun ki, Allahın yazısında, diriliş gününə qədər qaldınız. Bax bu, ölümdən sonra diriliş günüdür. Lakin siz bunu bilmirdiniz."