Əhzab Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Doğrudan da, Allah Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allah Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi rəhmətullahi bərəkətuhu–deyin!)
Elmir Quliyev :
Воистину, Аллах и Его ангелы благословляют Пророка. О те, которые уверовали! Благословляйте его и приветствуйте миром.
Ələddin Sultanov:
Həqiqətən, Allah mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz ona salavat göndərin onu səmimi-qəlbdən salamlayın! (Təfsirçilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri mənasına gəlir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah mələkləri Nəbiyə (Peyğəmbərə) salavat göndərirlər. Ey amənu olanlar, siz Ona salavat göndərin təslim olaraq salamlayın!
Ələsgər Musayev:
Həqiqətən, Allah Onun mələkləri diləyirlər üzərinə nəbinin! Ay o kəslər ki, inanırsınız! Diləyin üzərinə onun salamı təslimnən.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Allah Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir mələklər onu vəsf təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin tamamilə (onun əmrinə) təslim olun.
Kövsər Tağıyev:
Həqiqətən, Allah mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman edənlər! Siz Ona salavat gətirin, salam edin.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah Onun mələkləri peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənləri Siz onun üçün dua edin ona salamatlıq diləyin!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah təbiətdəki gücləri/nazil etdiyi Quran ayələri Peyğəmbəri dəstəkləyirlər/[ona] kömək edirlər/arxa çıxırlar. Ey iman etmiş kəslər! Siz Peyğəmbərə dəstək olun/Ona kömək edin/arxa çıxın onun təhlükəsizliyini tamamən etibarlı bir şəkildə təmin edin!