Maidə Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim Allahı, Onun Elçisini iman gətirənləri (özünə )dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir.
Bünyadov-Məmmədəliyev:
Hər kəs Allahı, Onun Peyğəmbərlərini iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami dost seçən şəxslərdir).
Elmir Quliyev :
Если они считают Аллаха, Его Посланника и верующих своими покровителями и помощниками, то ведь поборники Аллаха непременно окажутся победителями.
Ələddin Sultanov:
Kim Allahı, Peyğəmbərini iman gətirənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır.
Kerbelayi Malik ağa:
Allaha, Onun Rəsuluna amənu olanlara dönən kəslər, artıq şübhəsiz ki, Allahın tərəfdarlarıdır, onlar qalib olanlardır.
Ələsgər Musayev:
Kim Allahı Onun rəsulunu o kəsləri ki, inanırlar dost tutarsa, həqiqətən, Allahın dəstəsindəndirlər onlar qaliblərdir!
A.Mehdiyev və D.Cəfərli:
Kim Allahı, Onun peyğəmbərini iman gətirənləri (öz) sahib başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.
Kövsər Tağıyev:
Kim Allahı, Onun peyğəmbərini inananları dost tutarsa, bilsin ki, şübhəsiz, qalib gələnlər məhz Allahın tərəfdarlarıdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim Allahı, Onun peyğəmbərini iman gətirənləri dost tutarsa (bilsin ki,) Allahın dəstəsi müzəffər olanlardır.
Sabirə Dünyamalıyeva:
Allahı, Onun Elçisini iman gətirənləri özünə köməkçi, yol göstərən, himayəçi yaxın olaraq qəbul edənlər bilsinlər ki, həqiqətən məhz Allahın tərəfdarları qalib olanlardır.