Əlixan Musayev:
Orada gözlərini (özərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
Bünyadov-Məmmədəliyev:
Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.
Elmir Quliyev
:
Там будут девы, потупляющие взоры, с которыми прежде не имели близости ни человек, ни джинн.
Ələddin Sultanov:
Orada gözləri ərlərindən başqasını görməyən qızlar vardır. Bundan əvvəl onlara nə bir insan, nə də bir cin toxunmuşdur.
Kerbelayi Malik ağa:
Onlarda (iki cənnətdə də) gözlərini (yoldaşlarına) dikmiş qadınlar vardır. Özlərinə onlardan əvvəl insan və cin toxunmamışdır.
Ələsgər Musayev:
Orada ciddi baxışlı, hansı ki, cinlər və insanlar qabaqcadan
onlara toxunmayıbdır.
A.Mehdiyev və D.Cəfərli:
Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır.
Kövsər Tağıyev:
Oralarda baxışlarını sadəcə öz ərlərinə çevirmiş qadınlar var. Onlara öz ərlərindən əvvəl nə bir insan, nə bir cin toxunmuşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Orada gözlərini (ancaq öz kişilərinə) dikmiş və onlardan əvvəl nə bir insan, nə də cinin əli dəymiş qadınlar vardır.
Sabirə Dünyamalıyeva:
Oralarda, daha əvvəl bilinən, bilinməyən, keçmişdəki, gələcəkdəki heç kim tərəfindən toxunulmamış; əl və nəzər dəyməmiş, baxışlarını dikənlər [gözlərini dikib baxan kəslər] var.