Əraf Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.
Bünyadov-Məmmədəliyev:
Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!
Elmir Quliyev :
Не распространяйте нечестия на земле после того, как она приведена в порядок. Взывайте к Нему со страхом и надеждой. Воистину, милость Аллаха близка к творящим добро.
Ələddin Sultanov:
Yer üzü islah edildikdən sonra orada fitnə-fəsad törətməyin! Həm qorxaraq, həm (mərhəmətini) ümid edərək Allaha dua edin! Şübhəsiz ki, yaxşılıq edənlərə Allahın mərhəməti çox yaxındır.
Kerbelayi Malik ağa:
İslah olduqdan sonra yer üzündə fəsad çıxarmayın. Allaha qorxaraq ümidlə yalvarın. Şübhəsiz ki, Allahın rəhməti muhsinlərə yaxındır.
Ələsgər Musayev:
Fəsad etməyin ərzdə ora islah olandan sonra. Çağırın Onu xof ümidlə. Həqiqətən, Allahın rəhməti yaxındır yaxşılara!
A.Mehdiyev və D.Cəfərli:
Yer üzündə onun (peyğəmbərlər səmavi şəriətlər vasitəsilə) düzəlməsindən sonra (küfr fisqlə) fəsad törətməyin Onu qorxu ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara yaxşılıq edənlərə yaxındır.
Kövsər Tağıyev:
Nizama salındıqdan sonra yer üzündə fitnə-fəsad törətməyin. Allaha (əzabından) qorxaraq (rəhmətini) umaraq dua edin. Şübhəsiz, Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin! Ona [Аllаһа] qorxu ilə, ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti xeyir əməl sahiblərinə yaxındır!
Sabirə Dünyamalıyeva:
sahmana salındıqdan sonra yer üzündə fəsad törətməyin. Ona, qorxuyla rəhmət ümidi ilə dua edin. Həqiqətən Allahın rəhməti yaxşılaşdıranlara-gözəlləşdirənlərə çox yaxındır.