Əlixan Musayev:
Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!
Elmir Quliyev
:
О люди! К вам от вашего Господа явилось назидание, исцеление для того, что в груди, верное руководство и милость для верующих.
Ələddin Sultanov:
Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Yuxarıdakı ayədə Qurani-Kərimin dörd gözəl xüsusiyyəti ifadə edilmişdir. Belə ki, Quran insanlardakı yaxşı və pis xislətlər haqqında xəbər verir, insanları gözəl əxlaqa sövq edir, onları şirk, nifaq, şübhə, inkarçılıq və s. kimi mənəvi xəstəliklərdən xilas edərək əbədi səadətə yönləndirir.)
Kerbelayi Malik ağa:
Ey insanlar! Sizə, Rəbbinizdən öyüd-nəsihət və sinənizdə olana (nəfsinizin qəlbindəki xəstəliklərə) şəfa və möminlərə hidayət və rəhmət gəlmişdir.
Ələsgər Musayev:
Ay
insanlar! Əlbəttə, gəldi sizə Rəbbinizdən moizə və ürəklərdə
olana şəfa. Hidayətdir və rəhmətdir inananlar üçün!»
A.Mehdiyev və D.Cəfərli:
Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir.
Kövsər Tağıyev:
Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, qəlblərə bir şəfa və inananlar üçün hidayət və rəhmət (olan Qur`an) gəldi.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, ürəklərinizdə olanlara şəfa, möminlərə düz yol və mərhəmət gəlmişdir.
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, kökslərdəkinə bir şəfa, möminlərə bir hidayət və bir rəhmət gəlmişdir.