Əlixan Musayev:
Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir.
Bünyadov-Məmmədəliyev:
Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!
Elmir Quliyev
:
Те, к кому они взывают с мольбой, сами ищут близости к своему Господу, пытаясь опередить других. Они надеются на Его милость и страшатся мучений от Него. Воистину, мучений от твоего Господа надлежит остерегаться.
Ələddin Sultanov:
Onların sitayiş etdikləri (mələklər) də Rəbbinə, hansı daha yaxın olacaq deyə vəsilə axtarır, Onun rəhmətini umur və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək lazımdır. (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə qeyd olunan “Allahdan başqa ilahlaşdırdıqları” ifadəsi ilə “mələklər”in qəsd olunduğunu bildirmişlər. Çünki müşriklər sitayiş etdikləri bütləri və heykəlləri mələklərin simvolları qəbul edirdilər. Bu ayədə mələklər də daxil olmaqla Allahdan başqa heç bir varlığın zərəri dəf edə bilməyəcəyi bildirilmişdir.)
Kerbelayi Malik ağa:
O, çağırdıqları da öz Rəbbinə ‘onların hansı daha yaxındır’ deyə (Allaha ən yaxın) vəsiləni axtararlar və Onun rəhmətini ümid edərlər, Onun əzabından qorxarlar. Şübhəsiz ki, Rəbbinin əzabı qorxuludur.
Ələsgər Musayev:
Həmin o
kəsləri ki, çağırırlar, onlar özləri Rəblərinə tərəf vəsilə
axtarırlar ki, onlardan kim daha yaxındır və Onun rəhmətinə
müraciət edirlər və Onun əzabından xoflanırlar. Həqiqətən,
Rəbbinin əzabından həzər etmək olar!
A.Mehdiyev və D.Cəfərli:
(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.
Kövsər Tağıyev:
Onların yalvardıqları bu məxluqlar “Hansımız daha yaxın olacağıq” deyə öz Rəblərinə vəsilə axtararlar. Onun rəhmətini umar, əzabından qorxarlar. Çünki Rəbbinin əzabı həqiqətən, qorxuncdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların çağırdıqları [bütləri] Rəblərinə - hansı daha yaxın olacaq deyə bir yol ararlar. Onlar Onun mərhəmətini diləyir və Onun cəzasından qorxurlar. Həqiqətən, sənin Rəbbinin cəzası həzər edilməli cəzadır.
Sabirə Dünyamalıyeva:
Bax, məbud olduğunu iddia etdiyiniz kəslər, Rəbbinə vəsilə axtararaq yalvaran kəslərdir. Bunların hansı biri daha yaxın və Onun mərhəmətini umid edir və Onun əzabından qorxur? Həqiqətən sənin Rəbbinin əzabı qorxuludur.