Əlixan Musayev:
(Firon) dedi: “Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa?
Bünyadov-Məmmədəliyev:
(Firon) dedi: “Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan (Misirdən) qovub çıxartmağa gəlmisən?
Elmir Quliyev
:
Он сказал: "О Муса (Моисей)! Неужели ты явился к нам, чтобы изгнать нас из нашей земли своим колдовством?
Ələddin Sultanov:
(Firon) belə dedi: “Ey Musa! Etdiyin sehrlə bizi yurdumuzdan çıxartmaq üçün gəldin?
Kerbelayi Malik ağa:
‘Sən bizi sehrin ilə yurdumuzdan çıxartmaq üçünmü gəldin, ey Musa?’ dedi.
Ələsgər Musayev:
Dedi: «Ə, gəlmisənmi sehrinlə xaric edəsən
bizi ərzimizdən, ay Musa?
A.Mehdiyev və D.Cəfərli:
Dedi: Ey Musa! (Öz) cadun vasitəsi ilə bizi öz torpağımızdan çıxarmağa gəlmisən?!
Kövsər Tağıyev:
Belə dedi: “Ey Musa! Sehrin ilə bizi yurdumuzdan çıxarmaq üçün gəlmisən?”
M.Qənioğlu və T.Bilaloğlu:
Firon dedi: "Sən öz sehrbazlığınla bizi torpağımızdan çıxarmaq üçünmü yanımıza gəlmisən, ey Musa?
Sabirə Dünyamalıyeva:
Firon: "Ey Musa! Sən elminlə bizə təsir edərək bizi torpaqlarımızdan çıxarmaq üçün gəlmisən?